Göygöl rayonunda Uşaq və Ailələrə Dəstək Mərkəzi təmirdən sonra istifadəyə verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
Mərkəz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Göygöl Rayon İcra Hakimiyyəti və Polşanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə yaradılıb.
“Biz bu cür mərkəzlərin yaradılmasında maraqlıyıq və buna görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə bu layihədə iştirak etmək qərarına gəldik. Biz gələcəkdə də bu qurumla qeyd olunan istiqamətdə əməkdaşlığı davam etdirəcəyik”, - deyə Polşanın Azərbaycandakı səfiri Mixail Labenda bildirib.
Mərkəz üç il əvvəl Qeyri Hökumət Təşkilatı (QHT) kimi fəaliyyətə başlayıb, 2011-ci ildə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyinə verilib.
Mərkəzin açılış mərasimində iştirak edən Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynova qeyd edib ki, bu mərkəz xüsusilə fiziki cəhətdən qüsurlu uşaqlara, eləcə də problemli ailələrə dəstək məqsədi ilə yaradılıb. “Sevindirici haldır ki, bu gün burada belə insanlara real kömək göstərilir və məşğələlər aparılır”,- deyə o bildirib.
Üçmərtəbəli mərkəzdə yataq və təlim otaqları, həmçinin xəstə - əlil uşaqların intensiv terapiyası üçün şərait yaradılıb. Hazırda mərkəzdə 5 əməkdaş çalışır və 146 uşaq tərbiyə alır.
Azərbaycanın 11 regionunda belə mərkəzlər fəaliyyət göstərir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət