Dost və qardaş ölkələr olan Azərbaycan və Gürcüstan arasında münasibətlər uğurla inkişaf edir. Bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze ilə görüşdə bəyan edib.
“Hər iki ölkə rəhbərlərinin səyləri ilə müasir şəraitdə artan xəttlə inkişaf edən münasibətlər strateji xarakter daşıyır”, - deyə V.Talıbov qeyd edib.
O vurğulayıb ki,Azərbaycan-Gürcüstan əlaqələrin genişləndirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri dərin köklərə malikdirlər. “Hazırda bütün sahələrdə həyata keçirilən birgə layihələr iqtisadi münasibətlərin genişləndirilməsinə əlavə stimul verir. Xalqlarımız və dövlətlər arasında əlaqələr yalnız çoxtərəfli iqtisadi münasibətlərlə məhdudlaşmır. Azərbaycan və Gürcüstan regional və beynəlxalq sahədə bir birini dəstəkləyir”, - deyə Naxçıvan MR-nın başçısı bildirib.
O, cari ilin yanvarında Gürcüstanın Acar Muxtar Respublikasına üçgünlük səfərini xatırladaraq qeyd edib ki, Acar MR-nın nümayəndə heyətinin Naxçıvana səfəri gözlənilir. V.Talıbovun sözlərinə görə, qarşılıqlı səfərlər əlaqələrin dərinləşməsində mühüm məna kəsb edir
T.Şaraşenidze öz növbəsində səmimi qarşılanmaya görə minnətdarlığını bildirib və qeyd edib ki, Naxçıvanda ilk dəfə səfərdədir. O vurğulayıb ki, Naxçıvanın sosial-iqtisadi inkişafı məmnunluq yaradır. Gürcü diplomatının sözlərinə görə, bütün sahələrdə ciddi irəliləyişlərlə müşayiət olunan Gürcüstan-Azərbaycan əlaqələrində Naxçıvan MR xüsusi yer və rola malikdir. T.Şaraşenidze Naxçıvan Ali Məclisinin sədrinin Acar Muxtar Respublikasına səfərini münasibətlərin inkişafı istiqamətində vacib mərhələ kimi qiymətləndirib. Gürcüstanın səfiri qeyd edib ki, mövcud əlaqələrin gələcəkdə genişlənməsi və qarşılıqlı səmərəli əməkdaşlıq üçün səylərini əsirgəməyəcək.
Görüşdə əlaqələrin mövcud vəziyyəti və onların inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparılıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət