Azərbaycanda xüsusi mühafizə olunan ərazilər 1132,5 min hektara qədər artıb.Bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bazar ertəsi Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında bildirib
“Aparılan işlər nəticəsində xüsusi mühafizə olunan ərazilərin ümumi sahəsi 1132,5 min hektara qədər artıb və bu da respublika ərazisinin 13,1 %–ni təşkil edir.Bu dünyada qəbul edilmiş orta göstəricidən 11-12 % çoxdur”,- deyə H.Bağırov bildirib.
“Hazırda Cənubi Qafqaz ərazisində “Şahdağ” Milli Parkının yaradılması üçün 130 min hektar sahədə işlər aparılır”, - deyə nazir qeyd edib. O söyləyib ki, meşələrin bərpası və qorunması istiqamətində də işlər aparılır. ”Son iki il ərzində 22 min hektar ərazidə meşələr bərpa edilib, 7471 hektar ərazidə ağac əkilib”.- deyə o vurğulayıb.
H.Bağırov əlavə edib ki, cari ilin birinci rübündə 801 hektar ərazidə 1,6 mln.ədəd ağac əkilib. Son illər ərzində yalnız Bakı və Bakıətrafı qəsəbələrdə 4 mln. ədəd ağac əkilib.
Onun sözlərinə görə, son illər Azərbaycanda 18 avtomatik meteoroloji stansiya, yağıntının miqdarını ölçmək üçün 8 avtomatik cihaz, suyun səviyyəsini ölçmək üçün 5 avtomatik cihaz, istifadə edilən suyun həcmini ölçmək üçün 2 ultrasəs cihazı quraşdırılıb.
“2007-ci ildən keçən ilin sonuna qədər respublikada modul tipli 188 ədəd sutəmizləyici qurğu quraşdırılıb, Azərbaycanın 33 kəndində belə qurğuların quraşdırılması üzrə işlər başa çatmaqdadır. Təmiz su ilə gələcəkdə də uğurla təmin olunmaq üçün dəniz suyunun duzdan təmizlənməsi üzrə layihə həyata keçirilir, yeni avadanlığın 90 %-i artıq gətirilib,- deyə H.Bağırov bildirib. O söyləyib ki, belə qurğunun quraşdırılması birinci mərhələdə 1 min kubmetr suyu təmizləməyə imkan verəcək.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət