Bakıda Müasir İncəsənət Mərkəzində Teymur və Mahmud Rüstəmov qardaşlarının fərdi heykəltəraşlıq sərgisi açılıb.Sərgi onların atası , görkəmli heykəltəraş Aslan Rüstəmovun 80 illik yubileyi münasibəti ilə təşkil olunub.
Sərgini açan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev respublikamızın sərhədlərindən uzaqlarda da məşhur olan A.Rüstəmovun mədəniyyətimizdə görkəmli rolunu qeyd edərək bildirib ki, Teymur və Mahmud qardaşları böyük yaradıcı sülalənin davamçılarıdırlar .
Çıxış edənlər yubilyar Aslan Rüstəmovun çoxsaylı monumental , dekorativ – monumental və memorial əsərlərindən , o cümlədən Azərbaycanın və digər ölkələrin küçə və parklarını bəzəyən barelyeflərindən bəhs ediblər .O Bakı Funiklyorunun qarşısındakı “Əjdahanı öldürən Bəhram Gur” heykəlinin , Bakıda və Goranboy rayonlarında Xocalı faciəsinə həsr edilmiş abidələrin, Ulyanovsk şəhərində Nəriman Nərimanovun abbidəsinin və bir çox abidələrin yaradıcısıdır.
Sərgidə “Şüuraltı arxeologiya”silsiləsindən Teymur Rüstəmovun 9, Mahmud Rüstəmovun 7 heykəltəraşlıq , eləcə də “Gözlər ” adı altında 7 qrafik, 9 rəssamlıq işi təqdim olunub.
Sərgi may ayının 6-na qədər davam edəcək.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət