Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012- 2013-cü tədris ili üçün Rusiya ali təhsil müəssisələrinə tələbə qəbulu elan edib.Bu barədə “İnterfaks - Azərbaycan” agentliyinə TQDK-dan məlumat verilib.
Rusiya tərəfindən Azərbaycan vətəndaşları üçün ayrılmış yerlərdə təhsil almaq istəyənlər aprel ayının 26-dan may ayının 8-dək “Elektron ərizə”ni təsdiq etdirdikdən sonra sənədlərini TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçirməlidirlər Bununla yanaşı, orta attestat qiyməti 4-dən aşağı olmamalıdır.
Müsabiqə iki mərhələdən ibarətdir. Birinci mərhələdə abituriyentlər TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edirlər. Test imtahanı Azərbaycan və rus dillərində keçirilir. (Bölməsindən asılı olmayaraq III ixtisas qrupu üzrə test tapşırıqları rus dilində təqdim olunacaq).Test imtahanları may ayının 15-dək keçiriləcək.İkinci mərhələyə I turun nəticələri üzrə I ixtisas qrupunda 300 və daha yüksək, digər qruplarda 400 və daha yüksək bal toplayan abituriyentlər buraxılacaqlar.
Müsabiqə zamanı azərbaycan və rus dilləri üzrə inşa yazısı yazmaqla dil bilmə səviyyələri, eləcə də ümumi dünyagörüşü yoxlanacaq
Müsahibədən uğurla keçən abituriyentlər ixtisas seçiminə buraxılacaqlar.
Adları göstərilməyən tibb və rabitə ixtisaslarında oxumaq üçün seçilən abituriyentlər sənədlərini Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinə təqdim etdikdən sonra onlara qəbul olunmaq üçün tövsiyə olunduqları ali təhsil müəssisəsi haqda məlumat veriləcək. Həmin abituriyentlər müvafiq ali təhsil müəssisəsində əlavə imtahan verməlidirlər.
Rusiya ali təhsil müəssisələrində təhsil ödənişsizdir. Lakin qəbul olunacaq Azərbaycan Respublikası vətəndaşlarının yataqxana və digər xərclər tələbələrin özləri tərəfindən ödənilməlidir. Rusiyanın ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrin illik tibbi sığortalanması məcburidir. Tələbələr həm Rusiya, həm də Azərbaycan tərəfindən aylıq təqaüdlə təmin olunurlar. Qəbul olunanların sənədləri Rusiya tərəfinə təqdim etmək üçün Azərbaycanın Təhsil Nazirliyinə təqdim olunacaq.
Azərbaycan vətəndaşları Rusiyanın ali təhsil müəssisələrinə qəbul olduqları təqdirdə 2012- 2013-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək hüququnu itirəcəklər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət