“Heydər Əliyevin xatirəsinə həsr edilmiş Beynəlxalq Velosiped turu may ayının 9-da Bakıda start götürəcək”,- deyə Velosiped İdmanı Federasiyasının vitse –prezidenti Sabir Ələkpərov bazar ertəsi jurnalaistlərə məlumat verib.
“ 5 mərhələdən ibarət olacaq velosiped turu ə 5 gün müddətinə nəzərdə tutulub.Bu Azərbaycanda velosiped idmanı üzrə ilk peşəkar turnir olacaq.Turnirdə 17 ölkədən 20 komanda iştirak edəcək”,- deyə Sabir Ələkbərov bildirib.
Beynəlxalq Velosiped İttifaqının təqviminə daxil edilmiş yarışda - Avstraliya, Avstriya , Almaniya və Əlcəzairdən olan idmançılar ,eləcə də Qazaxıstan, Moldova, Belarus və İrandan milli komandalar, Ukrayna , Rusiya, Latviya, Litva , Hollandiya İtaliya, İsveçrə, Belçikadan qarışıq klub komandaları iştirak edəcək.
Turla əlaqədar olaraq paytaxtın bir neçə mərkəzi küçəsində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.
“Bu tur Azərbaycanda velosiped idmanının populyarlaşmasına təkan verəcək.Biz yaxın zamanlarda velotreki yenidən bərpa etməyi və yenisini tikməyi planlaşdırırıq.Bundan başqa, Dənizkənarı Milli Parkın ərazisində 2 km. uzunluqda velosiped yolu yaradılacaq”,- deyə S.Ələkpərov əlavə edib.
Velosiped turuna mayın 9 – da paytaxtın “Azadlıq” meydanında start veriləcək,mayın 10-da velosipedçilər Bakı- Qobustan - Şamaxı –İsmayıllı marşrutu üzrə hərəkət edəcəklər.Üçüncü mərhələ mayın 11-də Qəbələdə (Qəbələ - Oğuz – şəki – Qəbələ),4-cü mərhələ mayın 12-də İsmayıllı və Qəbələdə start götürəcək. Mayın 13-də Bakının mərkəzi küçələrində 12,3 km məsafədə 10 dairə vurmaqla yarışın son mərhələ keçiriləcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət