Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonu 2014-cü ilə qədər dünya sanitar normalarına müvafiq şəkildə reabilitasiya ediləcək. Bu barədə “Təmiz Şəhər”ASC-nin məlumatında bildirilir.
Məlumatda qeyd edilir ki, Avropa Birliyi tərəfindən maliyyələşdirilən ” Tullantıların idarə edilməsi (AQTA) - Şərq “layihəsi çərçivəsində Gürcüstan nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfərin məqsədi Bakıda tullantıların idarəolunması sahəsində irəliləyişlərlə tanış olmaq və bu sahədə iki ölkə arasında təcrübə mübadiləsi aparmaqdır
Təmiz Şəhər” ASC-nin fəaliyyəti tanış olmaq məqsədilə“Tullantıların idarəedilməsi – AQTA Şərq” layihəsinin ölkə koordinatoru İrakli Legaşvili, layihənin milli koordinatoru Alverd Çankseliani və Gürcüstanın Tullantıların İdarəolunması Şirkətinin rəhbəri Nuqzar Kevilişvili Balaxanı qəsəbəsində olublar.
“Təmiz Şəhər” ASC-nin İdarə heyətinin sədr müavini Etibar Abbasov qonaqları Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi Poliqonu, Balaxanı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu, Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda aparılan işlərlə tanış edib.
Etibar Abbasov qonaqlara Balaxanı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun iş mexanizmi haqqında məlumat verərək bu zavodun istehsalat gücünə görə Şərqi Avropa və MDB məkanında ən iri bu tipli zavod olduğunu qeyd edib. Gürcüstanlı nümayəndələrə həmçinin, illik 200 min ton tullantı qəbul etmək gücünə malik olan Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodu haqda məlumat verilib , zavodun 2012 –ci ilin ortalarında istismara veriləcəyi bildirilib .
Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci il avqustun 6-da “Təmiz Şəhər”ASC-nin yaradılmasına sərəncam verib. Vergilər Nazirliyi 2009-cu ilin mart ayında “Təmiz Şəhər”ASC-ni 500 min manat nizamnamə kapitalı ilə qeydiyyata alıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət