“Eurovision” mahnı müsabiqəsinin Moldovadan olan iştirakçısı Bakının çox sürətli inkişafını qeyd edir.
“Bu mənim Bakıya birinci səfərim deyil, öncə buraya iki dəfə konsertlərlə əlaqədar səfər etmişəm. Bakı - çox tez inkişaf edən şəhərdir, hətta bakılıların özləri, iki-üç ildən sonra gələrək, şəhərdə müəyyən yerləri tanımır. Nəzərə alaraq ki, “Baku Crystal Hall” bir neçə ay ərzində tikilib, onun tez və keyfiyyətlə edilməsini yalnız alqışlamaq olar”, - deyə “Eurovision”un Moldovalı iştirakçısı Paşa Parfeniy “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, jurnalistlərlə çox səmərəli iş aparılır, həmçinin iki məşq keçirilib, bir neçə xırda məqamlar aşkar edilib ki, onları dəyişmək lazımdır. “Baku Crystal Hall”ın texniki təchizatı çox yüksək səviyyədədir, burada bu müsabiqədə ixtisaslaşdırılan birinci dərəcəli mütəxəssislər işləyirlər. Onların əllərinə düşəndə özünü suda balıq kimi hiss edirsən”, - deyə P.Parfeniy bildirib.
Müsabiqənin favoritləri məsələsinə toxunaraq, Moldova iştirakçısı bəyan edib ki, müsabiqə üzrə hər hansı öz favoritlərini açıqlamaq istəmir. “Məsələn, bukmeker kontorları qoyulan vəsaitlərdən asılı olaraq bu və ya digər iştirakçının qələbəsini proqnozlaşdırırlar. Bununla yanaşı, hər kəsdə elə fikir yaradılır ki, bukmekerlərin qələbəsini qabaqcadan xəbər verdikləri məhz o iştirakçını dinləmək lazımdır. Əlbəttə, birinci məşqlərin nəticələrinə görə elə ifaçılar var ki, onları favorit hesab etmək olar, lakin mən onları elan etmək istəmirəm”, - deyə o bildirib.
“Biz artıq mərkəzdə olmuşuq, Yanar dağa baş çəkdik, Qobustana səfəri planlaşdırırıq . Yerli mətbəxlə tanış oldum, lakin hələlik dənizə getmək alınmayıb”, - deyə P.Parfeniy bildirib.
“Eurovision”un Moldovalı iştirakçısı çərşənbə axşamı müsabiqənin birinci yarımfinalında çıxış edəcək.
Çıxış ərəfəsində P.Parfeniyin Azərbaycan-Moldova Mədəni əlaqələr İctimai Birliyinin üzvləri ilə görüşü təşkil edilib. Moldovalı qonaqlar qəbul edən tərəfin qonaqpərvərliyini yüksək qiymətləndiriblər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət