Azərbaycanda gələn ildən pnevmakokk əleyhinə peyvənd layihəsinə başlanılacaq.Rostropoviç- Vişnevskaya fondunun prezidenti Yelena Rostropoviç çərşənbə günü mətbuat konfransında belə bildirib.
“Bu layihənin həyata keçirilməsi ilə bağlı respublikanın Səhiyyə Nazirliyinin nümayəndələri ilə görüş zamanı razılıq əldə edilib”,- deyə Y.Rostropoviç bildirib.
Onun sözlərinə görə,Azərbaycanda “Hamilə qadınların HepB və HİV-ə qarşı diaqnostikası və yeni doğulmuş uşaqların HepB-ə qarşı profilaktikası”proqramının reallaşması davam etməkdədir .
“Biz Bakıda 2 saylı doğum evində və bir sıra tibb müəssisələrində olmuşuq.Mən burada bu proqramın çox yüksək səviyyədə həyata keçirilməsinə və xəstəxanaların əməkdaşlarının öz işinə vicdanlı yanaşmasına əmin oldum “,- deyə o söyləyib.
Fondun Prezidenti əlavə edib ki, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Səhiyyə Nazirliyi ilə birgə çox yaxşı nəticələr əldə edilib.
“1,750 yeni döğulmuş uşağa proqram çərçivəsində hepatit B immunoqlobulinin vurulması həyata keçirilib , bu uşaqlarının həyatlarını xilas etmək bizim üçün böyük uğurdur”,- deyə o bildirib.
Fond rəhbəri vurğulayıb ki, Azərbaycanda həyata keçirilən layihəlrədən biri də “Məktəbli uşaqlar arasında helmintlərə qarşı mübarizə” proqramıdır.
Fondun Azərbaycandakı nümayəndəliyinin direktoru Soltan Məmmədov bildirib ki, fondun nümayəndələri ölkənin regionlarına səfər edərək vəziyyətlə yerində tanış olublar.”Xüsusilə, məcburi köçkün və qaçqınların məskunlaşdığı regionlar yoxlanılıb”,- deyə o vurğulayib. S.Məmmədov vaksinasiya məsələsinə toxunaraq qeyd edib ki, bu proqramın həyata keçirilməsi üçün ABŞ,Belçika, Böyük Britaniya istehsalı olan vaksinlərdən istifadə edilir.
Maestro Mstislav Rostropoviçin qızının rəhbərlik etdiyi Rostropoviç- Vişnevskaya Fondunun əsası 1993-cü ildə qoyulub. Fond 2003-cü ildə Azərbaycanda fəaliyyətə başlayıb. Səhiyyə Nazirliyi ilə əməkdaşlıq zamanı Fond milli peyvənd təqviminə uyğun olaraq 1 yaşdan 6 yaşa qədər uşaqlar üçün qızılca, parotit və məxmərək kimi xəstəliklərə qarşı peyvənd proqramı həyat keçirib. Ümumilikdə 1,5 mln. uşaq peyvənd edilib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət