Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) “Eurovision” mahnı müsabiqəsi ərəfəsində Bakıda terror-təxribat aksiyalarını törətmək cəhdinin qarşısını alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə MTN-dən məlumat verilib.
“Transmilli cinayətkar silahlı birləşmənin əsas məqsədlərindən biri “Eurovision-2012” müsabiqə ərəfəsində və keçiriləcəyi zaman Bakıda terror-təxribat aksiyalarını törətmək olub”, - deyə MTN-in İctimai Əlaqələr Mərkəzindən çərşənbə günü məlumat verilib.
MTN-in əməkdaşlarının həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində “Eurovision” mahnı müsabiqəsi keçirilən dövrdə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq məqsədilə təxribat-pozuculuq və terrorçuluq aksiyalarını planlaşdıran Vüqar Padarovun rəhbərlik etdiyi silahlı birləşmə zərərsizləşdirilib.
MTN-in İctimai Əlaqələr Mərkəzinin məlumatına əsasən, silahlı birləşmə bu məqsədlə
əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahların, məscidlərin, başqa dini konfessiyalara məxsus ibadət yerlərinin partladılması və hüquq-mühafizə orqanlarına silahlı basqınlar təşkil etmək planlaşdırılıb.
Qeyd olunur ki, silahlı birləşmə məqsədlərinin reallaşması üçün Dağıstan Respublikası ilə həmsərhəd rayonlarda və dağ-meşə massivlərində dəstəyə mənsub silahlı qrupların gizlənəcəyi, müvəqqəti yaşayacağı yerlərin, blindajların və qazmaların hazırlanmasını nəzərdə tutub.
Transmilli cinayətkar silahlı birləşmənin zərərsizləşdirilməsi məqsədi ilə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Bakı, Gəncə, Sumqayıt şəhərlərində, Qax, Zaqatala, Şəki, Qusar, Abşeron, Xaçmaz və Şabran rayonlarında irimiqyaslı xüsusi əməliyyatlar keçirilib. “Bir sıra hallarda dəstə üzvləri tərəfindən silahlı müqavimətin qarşısı alınıb, o cümlədən Vüqar Padarov məhv edilib, silahlı birləşmənin əksər üzvləri tərkisilah edilərək tutulublar”, - deyə MTN-in İctimai Əlaqələr Mərkəzindən qeyd edilib.
Qrupun daha bir üzvü Timur Hüseynov Bakı şəhərinin Nizami rayonunda keçirilən antiterror əməliyyatı zamanı xüsusi təyinatlılara silahlı müqavimət göstərərək odlu silahdan atəş açıb. T.Hüseynov məhv edilib. Əməliyyat zamanı MTN-in 2 əməkdaşı yaralanıblar.
Əməliyyat zamanı dəstənin rəhbərlərindən biri, “Əbu Ubeydə” ləqəbli Samir Saniyev aradan çıxa bilib. Lakin, o Azərbaycanın hüdudlarını tərk etməyə cəhd göstərərkən Qazax rayonunda polis işçiləri tərəfindən yaxalanıb.
MTN-in İctimai Əlaqələr Mərkəzi məlumat verib ki, 2011-ci ilin iyul ayında Vüqar Padarov, Samir Saniyev və Elmir Nurəliyev Rusiya Federasiyasından qanunsuz keçərək Azərbaycana gəliblər. Bununla yanaşı, tapşırıqlara əsasən, V.Padarov və onun rəhbərlik edəcəyi silahlı dəstənin üzvləri Azərbaycan Prezidentinin şimal-qərb bölgəsinə səfəri zamanı dövlət başcısına qarşı terror aktı həyata keçirilməli idi.
S.Saniyevin rəhbərlik etdiyi silahlı qrupun üzvləri Bakı şəhərində əcnəbilərin daha çox olduqları və qaldıqları yerlərdə “Eurovision” mahnı müsabiqəsinin keçiriləcəyi dövrdə partlayışlar törətməyi planlaşdırıb. Qpur üzvləri “Hilton Baku” və “JW Marriot Hotel Absheron” və digər mehmanxanalarda, həmçinin “Baku Crystal Hall” və Dövlət Bayraq Meydanında partlayışlar törətməli idi.
Xüsusilə, iri mehmanxanaların avtopark yerlərində əvvəlcədən partlayıcı maddələrlə tədarük edilən avtomaşınlar saxlanmalı və eyni vaxtda məsafədən işə salınmaqla böyük dağıntılarla müşayiət olunan partlayışlar törədilməli idi.
Terrorçulardan biri “Eurovision” yarışmasının final mərhələsinə bilet əldə edərək “Baku Crystal Hall”a daxil olmalı və özlərinin xüsusi hazırladıqları partlayıcını işə salmalı və nəticədə tamaşaçılar arasında tələfata və xəsarətlərə hesablanmış kütləvi basırığa nail olmalı idi.
Terror aktlarından sonra cinayətkar qrupa dəstək olaraq Dağıstandan əlavə terror qüvvələri gəlməli idi.
MTN-in İctimai Əlaqələr Mərkəzi məlumat verib ki, silahlı birləşmənin 40 üzvü yaxalanıb, onlardan avtomatlar, partlayıcı maddələr, döyüş sursatı, rabitə vasitələri və s. aşkar edilərək götürülüb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət