Azərbaycanlı məktəblilər şənbə günü Türkiyədə onuncu Beynəlxalq Türk Dili Olimpiadasında iştirak ediblər.Bu barədə “İnterfaks Azərbaycan”agentliyinin müxbiri İstanbul Mədəniyyət Mərkəzindən məlumat verir.
“Hər il bütün dünyadan 15 minə yaxın şagird bu olimpiadaya hazırlaşır.Müvafiq müsabiqələr keçirildikdən sonra iştirakçı ölkələr qalibləri olimpiadaya göndərirlər”.- deyə Cag Oyretim Isletmeleri təhsil şirkətinin prezidenti Ənvər Özərən bildirib .
Onun sözlərinə görə,iyunun 14-nə qədər davam edəcək olimpiadada dünyanın 135 ölkəsindən 1,5 min şagird iştirak edir.”Bu Olimpiadada Azərbaycanı “Cag Oyretim Isletmeleri”nin 40 şagirdi təmsil edir.Ötən illərdə olduğu kimi Azərbaycan tədbirin favoritidir”,- deyə Ə.Özərən əlavə edib.
O qeyd edib ki, Olimpiadada Azərbaycanın milli stendi də təqdim olunacaq.
“Bu cür tədbirlər bütün dünyada türk dilli ölkələr arasında sülh və dialoqun qurulmasına xidmət edir.Burada bacı və qardaşlar görüşür.Biz də Azərbaycanın mədəniyyətini ,qonaqpərvərliyini təbliğ etmək missiyasını yerinə yetiririk”,- deyə Ə.Özərən söyləyib.
Olimpiada çərçivəsində Azərbaycan nümayəndə heyəti üçün eksklüziv olaraq konsert səhnəsi qurulub və burada gənc müğənnilər, rəqqaslar və musiqiçilər çıxış ediblər.Konsertə təxminən 3 min nəfər tamaşaçı gəlib ki, onların da əksəriyyətini bizim həmvətənlərimiz təşkil edib.
Azərbaycan tərəfindən Olimpiadanın təşkilatçıları Cag Oyretim Isletmeleri və onun strukturauna daxil olan “Qafqaz” Universitetidir.
İlk dəfə bu Olimpiada 2003-cü ildə dünyanın 17 ölkəsindən 62 məktəblinin iştirakı ilə keçirilib.İştirakçılar milli mədəniyyəti, dil biliklərini, bədii qiraət,xlq rəqsləri və mahnıları nümayiş etdirirlər.İki həftə ərzində təxminən 600-700 min nəfər insan Olimpiadaya tamaşa etməyə gəlir.
Cag Oyretim Isletmeleri 1993-cü ildə yaradılıb.Onun strukturuna“Qafqaz”Universiteti,Azərbaycan –Türk Liseyi, “Araz” təhsil kursları daxildir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət