Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanın şimal- qərbində, zəlzələ zonasında yaşayış evlərinin və sosial obyektlərin 85%-nin analizini aparıb.Bu barədə FHN-in başçısı Kəmaləddin Heydərov bazar ertəsi jurnalistlərə bildirib.
Onun sözlərinə görə,yaxın günlərdə zərərçəkmiş qalan ev və obyektlərdə də analiz aparılması planlaşdırılır.
K.Heydərov qeyd edib ki,FHN-nin əməkdaşlarlı zəlzələ zonasında təxminən 21 min yaşayış evi və sosial obyektdə yoxlamalar aparıb.Yoxlamaların yekunlarına əsasən,müəyyən edilib ki, 2944 yaşayış evi qəzalı vəziyyətdədir və yenidən tikiləcək,daha 3,5 min ev təmir olunacaq.
Nazir əlavə edib ki, zəlzələ zonasında 25 orta məktəb binası söküləcək, yerlərində yeniləri tikiləcək.
Xəbər verildiyi kimi, 2012-ci ilin may ayında Zaqatala rayonunda 7 bal gücündə yeraltı təkanlar qeydə alınıb.Təkanlar Şəki, Qax, Oğuz,Gədəbəy,Şəmkir rayonlarında da hiss olunub.
Zaqatala rayonunun Muxax, Çobankol,Zəyəm,Bazar kəndləri zəlzələdən daha çox ziyan çəkib.
Zəlzələninh nəticələrinin aradan qaldırılması üçün Nazirlər Kabinetinin ehtiyat fondundan FHN-ə 20 mln. manat ayrılıb.Bu vəsaitlər zəlzələnin nəticələrinin aradan qaldırılmasına təmir - bərpa işlərinin başlanmasına sərf ediləcək.
Bundan başqa,may ayında parlament tərəfindən ölkənin şimal -qərbində zəlzələnin nəticələrinin aradan qaldırılmasını nəzərdə tutan “2012-ci ildə dövlət büdcəsinə dəyişikliklər haqqında” qanun qəbul edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət