Bakı Dövlət Universitetində Azərbaycan milli mətbuatının banisi, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Zərdabinin yubileyi qeyd olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BDU-dan məlumat verilib.
H.Zərdabinin170 illik yubileyi münasibəti ilə tədbirdə çıxış edən universitetin rektoru, akademik Abel Məhərrəmov qeyd edib ki, 1875-ci il iyulun 22-dən etibarən nəşr edilən “Əkinçi” qəzeti ölkədə milli mətbuatın bünövrəsi olub.
A.Məhərrəmov həmçinin “Əkinçi”nin xəlqilik və ümumbəşər dəyərləri önə qoyduğunu xüsusilə qeyd edib. O xatırladıb ki, xalqın marifləndirilməsinə qiymətsiz töhfə verən “Əkinçi”dən sonra nəşr orqanlarının bütöv pleyadası yaranıb.
Rektor o cümlədən BDU-nun Azərbaycanda mətbuatın inkişafında, mətbuat tarixinin araşdırılmasında, journalist kadrların hazırlanmasında töhfəsini qeyd edib.
Sonra tədbirdə “Klassik Azərbaycan jurnalistikası ənənələri və müasirlik” mövzusunda Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev məruzə ilə çıxış edib.
Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova isə universitet-mətbuat münasibətlərindən, mətbuat və informasiya şöbəsinin fəaliyyətindən, “Universitetin dostu” mükafatının təsis edilmə zərurətindən bəhs edib. 2011-ci ilin yekunlarına görə, bir neçə Azərbaycan mətbu orqanı ““Universitetin dostu” mükafatına layiq görülüb.
Bundan başqa, bir qrup jurnalistə mətbuatda təhsil sahəsində obyektiv yazılarına görə hədiyyələr təqdim edilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət