Naxçivan Muxtar Respublikasının Heydər Əliyev adına və Uzunoba su anbarlarında çimərliklər yaradılıb.
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov yeni çimərlik zonalarına baş çəkib. Naxçıvan MR-nın başçısı burada yaradılmış şəraitlə tanış olub.
Məlumat verilib ki, Uzunoba su anbarında çimərlik zonasının ərazisi 2,7 hektar təşkil edir , sahil xəttinin uzxunluğu 110 metr, eni 30 metrə bərabərdir. Heydər Əliyev adına su anbarında isə sahil xəttinin uzunluğu 70 metr, eni 50 metrdir.
Hər iki çimərlik böyüklər və uşaqlar üçün nəzərdə tutulmuş iki hissədən ibarətdir, burada istirahər üçün müasir şərait yaradılıb insanların sağlamlığı və təhlükəsizliyi üçün hər cür tədbir görülüb , müşahidə qüllələri quraşdırılıb,xəbərdarlıq nişanları qoyulub, lazımı avadanlıqlarla təchiz edilmiş ilk tibbi yardım məntəqələri və xilasedici qruplar yaradılıb.
Qeyd olunub ki, iyulun 1-dən MR-da çimərlik mövsümü başlayıb. Bundan sonra suyun təmizliyinə nəzarət məqsədi ilə müntəzəm monitorinqlər keçiriləcək.
Çimərlik zonası ilə tanış olduqdan sonra MR-nın Ali Məclisinin sədri Heydər Əliyev adına su anbarında həvəskar balıqçılarla söhbət edib. Qeyd edilib ki, su anbarında balıqçılıq inkişaf etdiriləcək. Hazırda su anbarında müxtəlif növ qiymətli balıqlar yetişdirilir və onların çoxaldılması üçün əsaslı tədbirlər görülür. Həmçinin, bildirilib ki, gələcəkdə bu işə lazımı diqqət ayrılacaq, əhali yaradılmış şəraitdən səmərəli istifadə etməlidir, MR-in təbii ehtiyatlarının mühafizəsinə öz töhfəsini verməlidir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət