Azərbaycan sərhədçiləri qaçaqmalçılıqda şübhəli bilinən dörd İran vətəndaşını saxlayıblar. Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verilib.
Məlumata görə, iyunun 23-ü gecə Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin “Astara” Texniki Müşahidə Məntəqəsi tərəfindən Xəzər dənizinin Azərbaycana mənsub bölməsində qayıq aşkar edilib. Həmin yerə Sahil Mühafizəsinin hərbi qulluqçuları sərhəd gözətçi kateri hərəkət edib, lakin sərhəd pozucuları onların “dayan” komandasına məhəl qoymayıblar. Nəticədə, Azərbaycan sərhədçiləri qayıq istiqamətində atəş açıblar, qayığının mühərriki sıradan çıxararaq qaçaqmalçıları yaxalayıblar.
İlkin araşdırmalar zamanı müəyyən olunub ki, saxlanılan İran vətəndaşları, Lotfollahi Kömərz, Huzuri Rəsul və İmampur Kuruş qabaqcadan əlbir olan bir qrup şəxs halında həmvətənləri Zarei Rasoul və şəxsiyyəti istintaqa məlum olmayan Nəriman Səmai adlı şəxsin təşkilatçılığı ilə Azərbaycandan spirtli içki aparmağa cəhd göstərib.
Cinayətin təşkilatçısı R. Zareinin ölkə ərazisini tərk etməsinin qarşısının alınması məqsədi ilə həyata keçirilmiş tədbir nəticəsində o, “Biləsuvar” sərhəd nəzarət məntəqəsində İrana getmək istəyərkən DSX əməkdaşları tərəfindən saxlanılıb. R.Zarei Azərbaycanda olan müddətdə həmvətənlərini qaçaqmalla təmin edib. Bu məqsədlə onlar “Yamaha 200” mühərrikli qayıqla qaçaqmalı İrana aparmaq istəyiblər. Qayığa baxış zamanı külli miqdarda müxtəlif növ spirtli içkilər, GPS cihazı və mobil telefonlar aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Cinayətin digər iştirakçılarının aşkar olunub məsuliyyətə cəlb olunmaları istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət