Azərbaycanın mərkəzində, Göyçay rayonunda güclü yağışlar təsərrüfata ciddi ziyan vurub.Bu barədə çərşənbə axşamı “İnterfaks –Azərbaycan”agentliyinin regional müxbiri məlumat verib.
Güclü yağışlar nəticəsində Qaraməryəm və ətraf kəndlərə ziyan dəyib, suvarma kanalı dağılıb,100-dən artıq yaşayış evinə sel suları dolub. Yekəxana, Qarayazı,Qaraməryəm və Şahsoltanlı kəndlərində suvarma arxlarının üstündən keçən 6 avtomobil körpüsü dağılaraq yararsız hala düşüb.
Həmçinin,İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən su anbarına da ziyan dəyib,buna görə də bu kəndlərdə içməli su təminatında problem yaranıb .Sel suları elektrik xətlərinə zərər verdiyi üçün bu kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.
Bundan başqa, təbii fəlakət nəticəsində Bakı-Şamaxı-Yevlax yolunun üzərində yerləşən körpü qəzalı vəziyyətə düşüb.Sel suları Qaraməryəm- İsmayıllı- Şəki avtomagistralının 40 -43-cü kilometrlərini dağıdıb.
“Yolun bir zolağı üzrə hərəkəty bərpa edilib, lakin hərəkət təhlükəlidir.Bununla əlaqədar aidiyyatlı qurumlara məlumat verilib.Hazırda yolun bərpası ilə əlaqədar tədbirlər görülür”.- deyə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafael Əhmədov bildirib.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət