Azərbaycanın ali məktəblərinə üçüncü ixtisas qrupu üzrə ilk qəbul imtahanı şənbə günü keçiriləcək. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini Namiq Babayev cümə günü mətbuat konfransında bildirib.
“Belə ki, 30,831 min abituriyent üçüncü iztisas qrupuna daxil olmaq üçün ərizə verib. Onlardan 28,151 nəfər Azərbaycan sektorunun və 2,680 min nəfər rus sektorunun məzunlarıdır. 8,280 min nəfər oğlan, 22,551 min nəfər – qızlardır. Bununla yanaşı, 16,028 min nəfər – bu ilin məzunları, 12,363 min nəfər – ötən illərin məzunlarıdır”, - deyə o bildirib.
N.Babayevin sözlərinə görə, abituriyentlərin ümumi sayından 135 nəfər – xarici dövlətlərin vətəndaşları, 183 nəfər – ali təhsilli abituriyentlər, 2,257 min nəfər – orta ixtisas təhsili olanlardır.
Bununla yanaşı o qeyd edib ki, üçüncü ixtisas qrupuna ərizə verən ən böyük abituriyent 1956-cı il təvəllüdlü, ən gənci isə - 1997-ci il təvəllüdlü şəxsdir.
“Üçüncü ixtisas qrupu üzrə imtahanlar altı şəhərdə: Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki və Lənkəranda keçiriləcək. Ümumilikdə, imtahanların keçirilməsi üçün 2361 müəssisə istifadə ediləcək, 229 imtahan rəhbərləri cəlb olunacaq”, - deyə o bildirib.
Xüsusi istedad və bacarıq tələb edən ixtisaslar üzrə ərizə təqdim edən abituriyentlər iyulun 18-dən 24-dək ixtisas üzrə imtahan verəcəklər.
N.Babayev xatırladıb ki, test imtahanının nəticələri üzrə toplanan ballar elan edildikdən sonra bütün ixtisas qrupları üzrə ixtisas seçimi iyulun 7-dən avqustun 16-na qədər aparılır.
“Bu il ali məktəblərdə plan yerlərinin sayı 34,092 min təşkil edir, baxmayaraq ki, ötən il bu göstərici 31,419 min təşkil edib. Əsasən, ixtisasların sayı dördüncü və birinci qrupda artıb”, - deyə o bildirib.
N.Babayev həmçinin qeyd edib ki, respublanın ali məktəblərində hüquq fakultələrinə plan yerləri iki dəfə və jurnalistika ixtisasları üzrə plan yerləri təxminən 40% azalıb. Bununla yanaşı, o qeyd edib ki, jurnalistika sahəsində mütəxəssisləri yalnız dövlət ali məktəblərində hazırlayacaqlar. “Buna səbəb özəl təhsil müəssisələrində tədrisin aşağı keyfiyyətidir”, - deyə o bəyan edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət