Ermənistan tərəfinin işğal edilən Dağlıq Qarabağa mülki aviasiyanın uçuşlarını təşkil etmək niyyəti beynəlxalq qanunlara ziddir və erməni tərəfinin provokasiya məqsədi daşıyan addımıdır. Bu barədə Bakıda bəyan edilib.
“Dağlıq Qarabağ beynəlxalq cəmiyyət tərəfindən tanınan Azərbaycan ərazisinin bir hissəsidir. Lakin, onun Ermənistan tərəfindən işğal edilməsi səbəbindən, Azərbaycan bu regionda vəziyyətə nəzarət etmək imkanında məhrumdur, buna görə bu cür uçuşların təhlükəsizliyinə zəmanət vermir”, - deyə XİN-in mətbuat katibi Elman Abdullayev “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Ə.Abdullayev diqqəti ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu yaxınlarda etdikləri bəyanatda Qarabağ münaqişəsi tərəflərini bu məsələyə dair beynəlxalq konvensiyalar və sazişlər əsasında anlaşmaya nail olmağa çağırdıqlarına yönəldib. XİN nümayəndəsinin sözlərinə görə, Azərbaycan hər zaman beynəlxalq hüquq normalarına əsaslanaraq işğal edilən torpaqları üzərindən aviareyslərin təşkilinin yolverilməz olduğunu bəyan edib. Çünki Ermənistan tərəfinin bu qanunsuz addımı müxtəlif növ provokasiya və insidentlərə səbəb ola bilər. “Biz bununla əlaqədar dəfələrlə mövqeyimizi beynəlxalq təşkilatlara çatdırmışıq”, - deyə E.Abdullayev vurğulayıb.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov öz növbəsində bəyan edib ki, beynəlxalq hüquqa əsasən, Azərbaycan ərazisindən uçuşlar rəsmi Bakının icazəsi ilə həyata keçirilməlidir.
“Dağlıq Qarabağın hərbi əməliyyatlar zonası olması səbəbindən, biz bu region üzərindən uçuşlara qadağa qoymuşuq və bu zonanın uçuşlar üçün bağlı olduğunu elan etmişik. Sərnişinlərin təhlükəsizliyi nöqteyi-nəzərindən bu ərazi üzərindən uçuşlara icazə verilmir”, - deyə o “Lider” telekanalına bəyan edib.
Bununla yanaşı, “ATV” telekanalına müsahibəsində A.Məmmədov bildirib ki, Dağlıq Qarabağın özünü elan etmiş hakimiyyət orqanları bu cür uçuşalrın təhlükəsizliyinə təminat verə bilməz. “Əgər biz bir yerə uçuruqsa, o zaman sərnişinlərin təhlükəsizliyinə zəmanət verməliyik. Kim (belə olan vəziyyətdə) zəmanət verə bilər? Özünü elan etmiş strukturda elan etmiş vəzifəni tutan şəxs? Mən onun sözlərini eşitmişəm. O bəyan edib ki, onların bir ədəd bağışlanılan təyyarələri var, onları bu təmin edir. Yəni, bu şəxs beynəlxalq standartlardan və uçuşların təhlükəsizlik qaydalarından tamamilə uzaqdır”, - deyə o vurğulayıb.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru məlumat verib ki, Dağlıq Qarabağda tikilən aeroportu avadanlıqla Fransanın bir şirkəti təchiz edib. “Biz onların nümayəndələri ilə görüşdük və onlar bəyan etdilər ki, bu addım səhv olub. Onların sözlərinə görə, Ermənistan bu avadanlığı guya öz ehtiyacları üçün əldə edib, lakin qanunsuz olaraq Azərbaycanın işğal edilən torpaqlarına çatdırıb”, - deyə o bildirib. A.Məmmədov məlumat verib ki, o Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) prezidentinə məktub ünvanlayaraq gələcəkdə bu cür qanunsuz hərəkətlərin təkrarlanmasının qarşısını almaq məqsədilə bu Fransa şirkətinin rəhbərliyi ilə görüşməyi xahiş edib. “Əgər onların (Fransa şirkəti – İF-Az) bu avadanlığın hara çatdırılması barədə məlumatları yoxdursa, o zaman o terrorçuların əlinə keçə bilər”, - deyə o qeyd edib.
A.Məmmədovun sözlərinə görə, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatını yeddi dəfə rəsmi qaydada Dağlıq Qabağda qanunsuz aeroport tikintisi barədə məlumatlandırıb. Buna əsasən, İCAO Ermənistana müvafiq xəbərdarlıq edib. A.Məmmədov bəyan edib ki, Azərbaycanın bu məsələyə dair mövqeyi dəyişilməz qalır. “Azərbaycanın icazəsi olmadan ərazisi üzərindən mülki aviasiyanın uçuşu qadağan edilir”, - deyə o bəyan edib.
A.Məmmədov həmçinin, Ermənistan tərəfinin Azərbaycanın işğal edilən torpaqları üzərində reyslərə başlayacağı halda Azərbaycan tərəfinin mümkün hərəkətlərini şərh edib. “Təyyarə aşkar edəcəyimiz halda (bu zonada) biz rəsmi strukturlara bu barədə məlumat verəcəyik və hökümət özü hansı tədbirlər görəcəyi haqqında qərar qəbul edəcək”, - deyə o bəyan edib. “Mülki aviasiyanın bu ərazi üzərindən təhlükəsiz uçuşuna zəmanət yoxdur. Heç kim bu zəmanəti verə bilməz. Bu səbəbdən, mülki şəxslərin təhlükəsizliyi nöqteyi-nəzərindən bu cür uçuşlar mümkün deyil”, - deyə A.Məmmədov təkrar edib.
Xəbər verildiyi kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya, ABŞ və Fransa vasitəçiləri qismində cümə günü bəyanatlarında Dağlıq Qarabağın separatçı rejiminin planlaşdırılan aeroportun açılışının gələcəkdə gərginliyin artmasına səbəb olacağından narahatlıq ifadə olunub. Vasitəçilər xəbərdarlıq ediblər ki, bu aeroporta gələn və buradan yola salınan reyslər beynəlxalq hüquq çərçivəsində Dağlıq Qarabağın statusunun dəyişilməsi üzrə heç bir tələbin dəstəklənməsi üçün istifadə edilə bilməz. Həmsədrlər tərəfləri beynəlxalq konvensiya və sazişlərə, həmçinin Ermənistan və Azərbaycanda əraziləri üzərindən uçuşlar məsələsində cari təcrübəyə müvafiq olaraq anlaşmaya nail olmağa çağırıblar. Həmsədrlər tərəflərin mülki hava gəmilərinə hücum və hədələrdən imtina edəcəklərinə, bu məsələləri diplomatik yolla həll edəcəklərinə və məsələnin siyasiləşdirilməsindən çəkinəcəklərinə təminatlarını alqışlayıblar.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət