Azərbaycanda sabitliyin və insanların rahatlığının təmin olunmasının əsasında qəbul edilmiş qanunların tətbiqi və icrası dayanır. Bu barədə Naxçıvan MR-nın Ali Məclisinin sədri Vasif Talıbov bəyan edib.
“Əgər hər hansı bir ölkədə qanunların aliliyi təmin olunmursa, qəbul olunan qanunlar icra edilmirsə, deməli, həmin ölkədə sabitliyi və iqtisadi inkişafı təmin etmək mümkün deyildir. Ona görə də ölkəmizdə qəbul olunan qanunların icrasına xüsusi diqqət yetirilir”, - deyə V.Talıbov Babək Rayon Prokurorluğu üçün yeni inzibati binanın istifadəyə verilməsi mərasimində bəyan edib.
Onun sözlərinə görə, bu sahədə prokurorluq orqanlarının da üzərinə mühüm vəzifələr düşür.
Naxçıvan MR-nın başçısı vurğulayıb ki, həyata keçirilən ardıcıl islahatlar Azərbaycanda davamlı sabitliyə və iqtisadi inkişafa təminat verir.
Onun sözlərinə görə, son illərdə cinayət hadisələrinin azalması, əldə olunan yüksək sosial-iqtisadi inkişaf göstəriciləri, insanların sosial-rifah halının yüksəlməsi dünya birliyində Azərbaycanın yerini və rolunu əhəmiyyətli dərəcədə möhkəmləndirib.
V.Talıbov qeyd edib ki, Azərbaycanın qısa vaxtda qazandığı uğurların, əldə olunan iqtisadi inkişafın və davamlı sabitliyin təməlində ümummilli lider Heydər Əliyevin siyasi xətti, Prezident İlham Əliyevin səyləri durur. “Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, ölkəmiz bütün sahələr üzrə davamlı olaraq inkişaf edir, insan hüquq və azadlıqları təmin olunur, sabitlik uğurların qazanılmasını şərtləndirir”, - deyə Naxçıvan MR-nın baçşısı bildirib.
O qeyd edib ki, Babək Rayon Prokurorluğunun müasir binasında yaradılan şərait qanunvericiliyin tələblərinin lazımi səviyyədə yerinə yetirilməsinə imkan yaradır.
V.Talıbov Babək Rayon Prokurorluğunun əməkdaşları bundan sonra da qanunların aliliyinin və insanların hüquqlarının qorunmasında səylərini davam etdirəcəklərinə əmin olduğunu bildirib.
Rayon Prokurorluğunun dörd mərtəbəli müasir memarlıq ənənələri əsasında inşa edilən binasında əməkdaşların fəaliyyəti üçün lazımi şərait yaradılıb, iş otaqları yeni kompyuter və mebel dəstləri ilə təchiz edilib, bazası İnterrnet vasitəsilə fasiləsiz yenilənən on-line hüquq informasiya sistemi yaradılıb.
Həmin gün Ali Məclisin sədri Babək rayon uşaq-gənclər şahmat məktəbinin və rayon Mərkəzi xəstəxananın tikintisi ilə tanış olub.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət