Azərbaycan XİN şərşənbə günü Dağlıq Qarabağ separatçı rejiminin iyulun 19-da “prezident seçkiləri” keçirmək niyyətini pisləyən bəyanat yayıb
“Qondarma “seçkilər” Ermənistanın işğal edilmiş ərazilərin anneksiya edilməsi və Azərbaycan ərazilərinin davam edən işğalının nəticələrini təşviq etmək məqsədi güdən siyasətini ört-basdır etmək məqsədi ilə keçirilir”,- deyə bəyanatda bildirilir.
“Yerli azərbaycanlı əhalinin iştirakı olmadan və Azərbaycan Respublikasının müvafiq strukturları tərəfindən lazımı icazə verilmədən bu cür addımın atılması Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarını və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur və beləliklə, heç bir hüquqi qüvvəyə malik deyildir”,- deyə bəyanatda vurğulanır.Sənəddə qeyd edildiyi kimi, legitim seçkilərin keçirilməsi yalnız Ermənistanın işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması, bölgədə həyatın normallaşdırılması, işğal edilmiş ərazilərdən qovulmuş azərbaycanlı əhalinin geri qayıtması və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpası üçün zəruri şəraitin yaradılmasından sonra mümkün olacaqdır.
“Azərbaycan Respublikası Ermənistan tərəfini heç bir perspektiv vəd etməyən qanunsuz addımlar əvəzinə öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmaqla bütün regionda davamlı sülh, təhlükəsizlik və inkişaf üçün yeni perspektivlər açmağa çağırır”,- deyə Azərbaycan XİN bəyanatı yekunlaşdırıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət