Masallı rayonunda (Azərbaycanın cənubu) məhsulların və xidmətin istehsalat həcmi 185,2 mln. manat təşkil edib, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 19,5% çoxdur. Bu barədəMasallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov birinci yarımillikdə rayonun sosial-iqtisadi inkişafına həsr edilən iclasda məlumat verib.
I yarımillikdə sənaye məhsullarının istehsalat həcmi 12,6 mln. manat, bütün mənbələrdən investisiyalar – 6,9 mln. manat təşkil edib.
Masallı rayonunda ASK məhsullarının istehsalat həcmi 1,1%, nəqliyyat və rabitə sahəsində göstərilən xidmətlərin həcmi – 2,4% artıb.
Rayonda yanvar-iyun aylarında buğda yığımı 20,315 min ton, tərəvəzin – 34,268 min ton, kartofun – 20,269 min ton, bostan bitkilərinin – 5,736 min ton təşkil edib.
2012-ci il iyulun 1-nə rayonda 71,027 min baş iri buynuzlu, 77,616 min baş – kiçik buynuzlu heyvan var. Bununla yanaşı, birinci yarımillikdə süd istehsalının həcmi 23682,4 ton, ət – 2645,2 ton, yumurta – 33,842 mln. ədəd təşkil edib.
2012-ci il iyulun 1-nə rayonda adambaşına pul gəlirləri 896 manat, orta aylıq əmək haqqı – 241 manat təşkil edib.
2012-ci ilin I yarısında Masallı rayonu üzrə büdcə gəlirləri 14 mln. 164,103 min manat təşkil edib və 111% icra edilib.
2012-ci il iyulun 1-nə rayonda 22,985 min abunəçi qazlaşdırılıb.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət