Milli Təhlükəsizlik Nazirliyi (MTN) qanunsuz beynəlxalq rabitə xidməti təşkil edən qrupu zərəsizləşdirib.
MTN-in İctimai Əlaqələr Mərkəzindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, Özbəkistan vətəndaşı Pulat İskanderov və bir neçə şəxs dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq, yəni tələb olunan lisenziyanı almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq beynəlxalq rabitə xidməti yaradıblar.
Məlum olub ki, P.İskanderov və qeyriləri “Bakcell Ltd” MMC-nin mobil operator şəbəkəsində birtərəfli telefon danışıqları təşkil edən avadanlığa xüsusi texniki vasitələrlə qoşularaq icazəsiz beynəlxalq rabitə xidməti yaradıblar.
Həmin şəxslər xaricdə istehsal olunan “GSM” kanalpaylayıcılarını və digər texniki avadanlıqları əldə edərək onları Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən mənzillərdə quraşdırıblar. P.İskanderov və onunla əlbir olduğu şəxslər “Bakcell Ltd” MMC-yə məxsus 245 ədəd “GSM” mobil telefon nömrəsi alıb, bu nömrələri həmin xüsusi texniki avadanlıqlara daxil etdikdən sonra İnternetə qoşularaq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin beynəlxalq avtomat telefon stansiyasında qeydiyyatdan keçmədən icazəsiz birtərəfli beynəlxalq telefon danışıqlarının ölkə rabitə şəbəkəsinə daxil olmasını təşkil ediblər.
Müəyyən olunub ki, qanunsuz təşkil edilmiş beynəlxalq telefon danışıqları nəticəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə 104 min manat ziyan vurulub.
P.İskanderov və digər şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olma) maddələri ilə cinayət işləri başlanılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət