London Olimpiadasının altıncı günü başa çatdı və təəssüf ki, bu gün də biz xüsusi heç bir şeylə sevinmədik .Cümə axşamı çıxış edən bütün idmançılarımız,cüdoçu Elmar Qasımov (100 kq), boksçu Soltan Migitinov, akademik avarçəkmə ustası Natalya Mustafayeva, 100 metr batterfley üzrə Azərbaycanı təmsil edən üzgüçü Yevgeni Lazuka yarışmadan ayrıldılar .
Lakin bununla yanaşı, Azərbaycan yığma komandasının hesabına medallar gətirmək baxımından açar sayılan bəzi idman növləri üzrə müəyyən yekun nəticələr çıxarmaq olar.Söhbət bizim idmançılarımız üçün yarışların başa çatdığı cüdodan gedir.
Dörd il əvvəl Pekində cüdoçularımız Azərbaycan üçün Olimpiyadanın yeganə qızıl medalını qazanmışdılar.Bundan başqa, onların hesabında bir bürünc medal da var idi.Beləliklə medal baxımından cüdoçularımız üçün söhbət ondan gedirdi ki, ki, Pekindəkindən pis çıxış etməməli idilər. Məqsəd - iki medal qazanmaq idi.
Üstəlik, bu dəfə cüdoçularımızın heyəti böyük idi - 6 oğlan iki qız cüdoçu təmsil edirdi.O cümlədən, bu heyətin tərkibində Olimpiya çempionu Elnur Məmmıədli də var idi ki, o Pekində olduğu kimi tatamiyə 31 iyulda çıxmalı idi.
London oyunlarının tutulmuş cədvəlinə əsasən, birinci həftədə bizim azarkeşlərimizin medalla bağlı ümidləri əsasən cüdoçularımızla bağlı idi.Lakin, cüdo üzrə keçən 6 yarış günü nə bizə , nə də cüdoçularımıza sevinc gətirmədi.
Bizim idmançılarımız üçün ən yaxşı nəticə dörddə bir finala çıxmaq oldu.Belə nəticəni Tərlan Kərimov (66 kq) və Elmar Qasımov (100 kq) əldə etdilər.Onlar iki start döyüşdə qalib gəlsələr də, sonrakı iki yarışda uduzaraq yeddinci yeri tutdular.
Qalan idmançılarımızın nəticələri daha az oldu – ya bir qələbə ya da ilk yarışdaca məğlubiyyət.
Əlbəttə, məqçilər cüdoçuların belə çıxışlarını təhlil edərək məğlubiyyətlərin səbəblərini müəyyənləşdirməli olacaqlar. Lakin, artıq indidən demək olar ki bizim cüdoçularımız londona getmək üçün tam hazır deyildilər.Bu həm fiziki formaya, həm psixoloji hazırlığa, həm də texniki ehtiyatalara aiddir.
Bu tendensiyanı görmək üçün bizim idmançılarımızın döyüşlərinə yenidən baxmaq kifayətdir. Döyüşlərin əksəriyyətində bizim idmançılarımız ləng tərpənir, ikinci hissədə isə imkan düçən kimi vaxtı uzatmağa çalışırdılar.Uduzan kimi isə gözlərində qələbəni geri qaytarmaq hissi oxunurdu. Bu baxımdan Elmar Qasımovun Cənubi Koreyalı idmançı ilə dörddə bir finaldakı döyüçünü göstərmək olar .Bizim idmançımız uduzurdu , vaxtın bitməsinə az qalmış Elmar isə hücuma keçdi, bu vaxt sanki üzərində çox ağır yük var idı. Ən əsası da, onun hər hansı bir fənd işlədərək bunun hesabına heç olmasa bir yurko qazanmaq cəhdi görünmədi .
Əlbəttə, çoxları müdafiə və dəlil olaraq bu faktı gətirir ki. bizimkilər Olimpiadanın gələcək çempion və mükafatçılarına uduzublar. Ancaq belə yarışmalarda zəif idmançılar olmur və bəxtə güvənərək başqalarının rəqibləri aradan qaldıracağına ümid etməkdənsə yarışa çıxmamaq yaxşıdır.
Bir çox döyüşlərdə bizim cüdoçularımız statist rolunda çıxış etdilər.Onların tapşırığı ondan ibarət idi ki, müdafiədə bacardıqca çox qalsınlar, hücumda isə - bəlkə də bəxti gətirdi.Yekun olaraq belə variant yaxşı nəticə vermədi və bizimkilərin iradəsizcə uduzmasına baxmaq çox ağır oldu..
Bu baxımdan Olipiya oyunlarına son anda vəsiqə qazanmış 20 yaşlı Rüstəm Orucovun çıxışı xoşa gələn idi. O birinci döyüşdə Cənubi Afrika idmançısı Gideon Van Zil ilə həvəslə döyüşürdü. Düzdür, o hələ çox öyrənməlidir, amma məhz bu həvəs ona oyunun başa çatmasına 26 saniyə qalmış effektiv ippontla artıq uduzulmuş oyundan qalib çıxmağa kömək etdi. Lakin ikinci dövrədə o rusiyalı Mənsur İsayevlə görüşməli idi və rusiyalı idmançı səhv buraxmadan əminliklə bizim cüdoçumuza qələbə çaldı.
İdmançılar barədə ayrı- ayrılıqda danışsaq bizi ən çox təcrübəli cüdoçularımılz-Elnur Məmmədli, Elxan Məmmədov və Kifayət Qasımova məyus etdi. Hər üçü Londonda zəif kölgə kimi göründülər. Elxan və Kifayət öz döyüşlərində nəyəsə cəhd göstərmədən tam məğlubiyyət nümayiş etdirdilər.
Pekində Olimpiya çempionu olmuş Elnur Məmmədliyə gəlincə burada necə deyərlər şərh yoxdur, əvəzində biz onun nə dərəcədə qələbəyə ac olduğunu, bu cüdoçunun bundan sonra inkişaf etmək istəyib- istəməməsini görə biləcəyik.Dörd il Elnur Pekin şöhrətinin işığında yaşadı və titulunun qorunması üçün yürüşə hazır olmadığı aydın oldu.Bundan başqa, 81 kq çəki dərəcəsi onun üçün deyil.Yarışda qələbə qazanmaq üçün o yaxşı fiziki formada olmalı idi, Londondakı çıxışını isə buna aid etmək olmaz.Belə ki, məşqçiləri ilə 73 kq çəki dərəcəsinə qayıtmaq barədə düçünsə yaxşı olar.Bu çəki dərəcəsində onun sürəti və itiliyi yenidən gələcək qələbələrin təminatı ola bilər.
Ümumilikdə,cüdoçularımızın əksəriyyəti çox gəncdirlər və onlar üçün bu ilk Olimpiya yarışları idi, düzgün yanaşılsa 4 il sonra onlar nəticə göstərə bilərlər.
Bundan başqa, ola bilsin ki, federasiyada məşqçilərin də dəyişilməsi məsələsini müzakirə etmək fayda verərdi . Londona hazırlıqda səhvlər sistemli xarakter daşıyıb.Faktiki olaraq Pekin və London oyunları arasındakı 4 illik dövrdə cüdoçularımız dünya birinciliklərində böyük uğurlar qazana bilməyiblər.
Olimpiyadaya cüdoçu seçimi sistemi kifayət qədər uzun və mürəkkəbdir və orta səviyyəli turnirlərdə qələbə çalmağa imkan verir.Ancaq, böyük turnirlərdə cüdoçularımız orta çıxış etdilər. Buna görə, baş məşqçi postuna idmançıların hazırlıq prosesinə yeni metod və ideyalar gətirəcək xarici mütəxəssisin dəvət olunması barədə düşünmək olar.Pekin olimpiadasındakı müvəffəqiyyətsizlikdən sonra 3 qızıl, 1 bürünc medal qazanmış rusiyalıların təcrübəsi göstərir ki, belə variantın həyata keçmək hüququ var. Ancaq, belə halda yaxşı rəhbər tapmaq vacib məqamdır .
Əgər biz 4 il sonra Braziliyaya hazırlıqlı olmaq istəyiriksə , onda bu gündən hazırlaşmağa başlamaq lazımdır. Bizim yaxşı cüdoçulıarımız var, lakin nəticə əldə etmək üçün onlar çalişmali, yenə də çalişmalidirlar.Rioda Olimpiya medallarını heç kim onlara hazır şəkildə təqdim etməyəcək, bu medalları qazanmaq gərəkdir.
Olimpiada davam edir, hələ qarşıda bizim idmançılarımızın çıxış edəcəyi 10 yarış günü durur.Biz onlardan yaxşı çıxışlar, qələbələr, mükafatlar gözləyirik. Bizimkilərə inanırıq və onlara azarkeşlik edirik.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət