Boksçu Məhəmmədrəsul Məcidov ( 99 kq-dan yuxarı çəki dərəcəsi) çərşənbə axşamı Azərbaycan yığma komandasına daha bir medal qazandırıb.
Dörddəbir final döyüşündə o rusiyalı rəqibinə qalib gələrək, yarımfinala çıxıb və bununla da özünü medalla təmin edib. Onun hansı olimpiya medalını qazanacağı isə növbəti döyüşlərin yekunlarına əsasən müəyyən olunacaq.
Bununla yanaşı, yunan -Roma güləşi üzrə mübarizə aparan güləşçilərimiz medal qazana bilmədilər. 66 kq. çəki dərəcəsində çıxış edən Həsən Əliyev yarımfinalda gürcüstanlı güləşçiyə, üçüncü yer uğrunda mübarizədə isə rusiyalı Zaur Kuraməhəmmədova uduzub. 84 kq çəki dərəcəsində çıxış edən güləşçimiz Salman Təhmasibli ilk döyüşündə məğlub olub.
Çərşənbə axşamı London Olimpiya oyunlarının təsnifat turnirində Sergey Bezuqlıy – Maksim Prokopenko dueti isə 2 nəfərlik qayıqla 1000 metr məsafə üzrə yarışda çıxış edəcəklər.
Eləcə də təsnifat raundunda qadınlar arası 5000 m məsafə üzrə yarışda yüngül atletimiz Layeş Abdullayeva özünü sınayacaq.
Həmçinin yığma komandanın üzvü ,96 kq. çəki dərəcəsində çıxış edən Şalva Qadabadze yunan –Roma güləşi üzrə mübarizə aparacaq.
İndiyəcən Azərbaycan yığma komandasının hesabında bir gümüş iki bürünc medal var.Daha iki boksçumuz iki medal qazansa da bu medalların məhz hansı medallar olacağı yarımfinal döyüşlərin yekunlarına əsasən müəyyən olunacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət