Bakı sakinlərinin üçdə biri məzuniyyətlərini necə keçirəcəklərinə hələ də qərar verməyiblər. Bunu “Rəy” Monitorinq Mərkəzinin 27-31 iyul tarixlərində paytaxt sakinləri arasında keçirdiyi ictimai rəy sorğusunun nəticələri göstərir.
Sorğunun nəticələrinə görə, respondentlərin üçdə biri (30%) məzuniyyətlərini necə keçirəcəklərinə hələ də qərar verməyiblər. Daha 13% artıq bağda dincəlir, 7% xaricdə istirahət edib və ya etmək niyyətindədir, 26% məzuniyyətini rayonlarda keçirib və ya keçirəcək, qalan 24% isə Bakıda qalaraq istirahət günlərini çimərlikdə keçirməyi düşünür.
Məlum olub ki, paytaxtın işləyən sakinlərinin ən fəal hissəsi, yəni özəl qurumların 28-45 yaş arasında olan əməkdaşlarının əksəriyyəti (75%) məzuniyyətlərini ölkədən kənarda keçirib və ya keçirmək fikrindədir.
Yeri gəlmişkən, əvvəlki illərdə olduğu kimi, məzuniyyətini xaricdə keçirən respondentlərin (əsasən də gənclərin) böyük hissəsi qısamüddətli istirahətə üstünlük verir. Bir çoxuna (49%) bunun üçün iki həftə kifayət edir, 30%-ə yaxınını isə daha az müddət (3-4 gün) də qane edir , bir şərtlə ki, belə səfərlər tez-tez olsun. Əgər bayramlarda imkan olsa, onlar yenidən xaricə və ya Azərbaycanın rayonlarına üz tutmağa hazırdırlar.
Ötən il məzuniyyətlərini Bakıdan kənarda keçirmiş respondentlərin böyük əksəriyyəti (66%) öz istirahətlərindən razı qalıblar. Hərçənd xaricdə olanların arasında istirahahətdən məmnun qalanların sayı daha çoxdur: 2011-ci ildə məzuniyyətini Azərbaycandan kənarda keçirənlərin 87%-i öz istirahətindən razılıq edirsə, ölkənin rayonlarına səfər edənlərin arasında bu göstərici 59%-dir. Yerli istirahət mərkəzlərində neçə dəfə istirahət etməsindən asılı olmayaraq, respondentlərin çoxu (təxminən 56%) hesab edir ki, burada qiymətlər çox bahadır, 58%-in fikrincə, xidmətlərin keyfiyyəti onların qiymətinə uyğun deyil.
Qalan respondentlər arasında istirahətindən razı qalanların sayı nisbətən azdır: məzuniyyətini evdə keçirənlərin üçdə biri, bağda dincələnlərin isə ikidə biri istirahətindən razılıq edir. Rayonlara istirahətə yollanan Bakı sakinlərinin narazı qalmalarının əsas səbəbi isə xidmət keyfiyyətinin aşağı, qiymətlərin isə baha olmasıdır - 74% bu fikirdədir.
Yeri gəlmişkən, respondentlərin 45%-i ümumiyyətlə rayonlarımızdakı istirahət mərkəzlərində olmayıblar, 21% - cəmi bir bəfə olub, 34% isə iki dəfədən artıq olmayaraq.
Məzuniyyətini ölkədən kənarda keçirməyə üstünlük verən işləyən gənc bakılıların arasında Avropada istirahət daha populyar olduğu halda (44%), nisbətən yaşlı (xüsusən uşaqlı) respondentlər Türkiyəyə üstünlük verir (60%). Əgər birincilər səyahət marşrutlarını və ölkələrini dəyişməyə maraq göstərirlərsə, ikincilər Türkiyə sahillərinə sadiqlik nümaiş etdirirlər. Onu da qeyd edək ki, həm gənclər, həm də onlardan nisbətən yaşlı nəsil dostlarla istirahətə daha çox üstünlük verirlər (42%).
Məzuniyyətini keçirmək üçün yer axtararkən, gənclər İnternetdən fəal istifadə etdiyi halda (67%), orta yaşlı nəsil əsas məlumat mənbəyi kimi dostların və yaxınların tövsiyyələri və ya şəxsi təcrübədən istifadə edir (70%).
Məzuniyyətini keçirmək üçün yer axtararkən, gənclər İnternetdən fəal istifadə etdiyi halda (67%), orta yaşlı nəsil əsas məlumat mənbəyi kimi dostların və yaxınların tövsiyələri və ya şəxsi təcrübədən istifadə edir (70%).
Çimərliklərə gəlincə, yayın qızmar keçməsinə və Xəzər dənizinin kənarında yaşamalarına baxmayaraq, paytaxt sakinlərinin cəmi 42,6%-i indiyədək dənizdə olub, qalan 53,2% bu il dənizdə çimməyib, 4,2%-nin isə ümumiyyətlə çimərlikdən xoşu gəlmir.
Yeri gəlmişkən, çimərlikdə olanların 71%-i orada keçirdikləri istirahətdən razı qalıb. Əhali arasında ən populyar çimərliklər sırasında isə respondentlər Mərdəkan, Şüvəlan, Pirşağı, Bilgəh və Hövsan sahillərini göstərirlər. Bu çimərliklərdə respondentlər orta hesabla hər dəfə 12 manat xərcləyiblər. Cavablar göstərir ki, rəyi soruşulanlar çimərliyə dostları ilə birlikdə, özü də sınaqdan keçmiş yerlərə getməyə üstünlük verirlər.
Əvvəlki illərdə olduğu kimi, bu dəfə də sorğuya yalnız işləyən əhali cəlb olunub. Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuda yaşı 18 və yuxarı olan 1 000 nəfər iştirak edib. Nisbi xəta 3,5%-dən artıq deyil.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət