Azərbaycan alpinistləri Pamir dağının ən yüksək zirvələrindən birinə Yevgeni Korjenevski zirvəsinə qalxıblar.
“Azərbaycan yığma komandasının üzvləri Firuz Dadaşov, Rüfət Qocayev Sirxan Məmmədov Mərkəzi Asiyanın beş ən yüksək zirvəsindən birinə, yüksəkliyi 7105 metr olan Yevgeni Korjenevski zirvəsini uğurla fəth ediblər. Bu barədə”İnterfaks Azərbaycan” agentliyinə Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu məlumat verib.
Onun sözlərinə görə, bu fəth görkəmli Azərbaycan dirijoru və bəstəkarı Niyazi Tağızadə - Hacıbəyovun (20.08.1912 - 02.08.1984) 100 illik yubileyinə və xatirəsinə həsr olunub.
“ Milli Alpinizm Federasiyası tərəfindən təşkil olunmuş ekspedisiya Gənclər və İdman Nazirliyinin və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihəni uğurla davam etdirir.Bu layihə çərçivəsində federasiya tərəfindən Azərbaycan tarixində parlaq iz buraxmış həmvətənlərimizin şərəfinə planetin yüksək dağ regionlarına idman ekpedisiyaları həyata keçirilir”,- deyə İ.Aşurlu bildirib.
İyunun 19-da Azərbaycan alpinistləri Pamirin digər nəhəng zirvəsi Əbu Əli İbn Sina zirvəsinə (Keçmiş Lenin zirvəsi - 7134 metr) qalxıblar.Onlar bu fəthi Qarabağ xanlığının banisi və hakimi, dövlət xadimi Pənah əli Xan Cavanşirə həsr ediblər.
“Zirvənin fəthi uğurla keçdi.Uşaqlar qısa müddətli yaxşı hava şəraitindən istifadə edərək ilk cəhddən istədiklərinə nail oldular.Ekspedisiyanın tərkibinə ölkəmizin ən güclü, gənc alpinistləri daxil idilər.Hazırda mərkəzi düşərgədə olan bütün iştirakçılar özlərini yaxşı hiss edirlər və bir neçə gündən sonra növbəti zirvəni fəth etməyə hazırlaşırlar. Yüksəklik marafonunun davamı Pamirin yüksək zirvələrindən birinə, İsmayıl Samoni (keçmiş Kommunizm -7495 metr) zirvəsinə oalcaq.Biz alpinistləri və onalrın ailələrini, doğmalarını eləcə də bütün Azərbaycan xalqını dağ fatehlərimizin qələbəsi münasibəti ilə təbrik edirik”,- deyə Respublika Alpinizm Federasiyasının prezidenti bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət