“Rossotrudniçestva”nın Azərbaycan nümayəndəliyi Bakının Şüvəlan qəsəbəsindəki Çingiz Mustafayev adına Uşaq Düşərgəsində rus dili bayramı təşkil edib.
“İnterfaks –Azərbaycan” agentliyinin müxbirinin xəbər verdiyi kimi, tədbir Yuri Qaqarinin düşərgənin həyətində qoyulmuş abidəsi önünə çiçək dəstələri qoymaqla başlanıb.
Rus dili bayramını “Rossotrudniçestva”nın başçısı Ənvər Şeyxov açaraq qeyd edib ki, Azərbaycanda rus dilinin öyrənilməsi üçün hər cür şərait yaradılıb. O Rusuya səfirliyi ilə bu istiqamətdə hazırlanmış birgə layihə və tədbirlərdən, o cümlədən rus dili, tarixi və mədəniyyətinə həsr olunmuş olimpiadalardan, bu olimpiadaların Azərbaycan məktəblərində maraqla qarşılanmasından danışıb.Səfirliyin dəstəyi ilə bu olimpiadaların qalibləri Rusiyaya səfər etmək və bu ölkənin görməli yerləri ilə tanış olmaq imkanı əldə edir, Rusiya barədə biliklərini daha da artırırlar.
Tədbir düşərgənin akt zalında davam etdirilib.Burada müharibənin izlərini daşıyan Rusiya şəhərlərinə ekskursiyaya getmiş şagirdlər öz səfər təəssüratlarını bölüşüblər. 1812-ci il Vətən Müharibəsi hadisələrini və müasir Rusiyanı əks etdirən “Salam Rusiya” adlı foto sərgi təqdim olunub.
Daha sonra Ə.Şeyxov düşərgənin kitabxanasına rus dilində uşaq və gənclər üçün kitablar bağışlayıb.
Bayram iştirakçıları üçün “Moskvada gəzinti” və “Borodino” adlı sənədli filmlər nümayiş etdirilib,rus dili və Rusiya bilgiləri barədə viktorina təşkil olunub.Sonda “Rossotrudniçestva”nın başçısı Rusiya tarixi sahəsində yüksək bilik nümayiş etdirən qaliblərə mükafatlar təqdim edib. Bayram Bakı Musiqi Akademiyasının tələbələri və düşərgədə dincələn uşaqlar tərəfindən hazırlanan konsert proqramı ilə başa çatıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət