Avqustun 17-də Azərbaycanda SSRİ xalq artisti, görkəmli müğənni və bəstəkar, yalnız Sovet İttifaqında deyil, həm də onun hüdudlarından kənarda böyük şöhrət qazanan Müslüm Maqomayevin anadan olmasının 70 illiyi qeyd olunur.
Yubiley ilə əlaqədar Azərbaycanda bu günlər müxtəlif tədbirlər keçirilir. Bu gün, cümə günü dövlət strukturları, musiqi ictimaiyyəti nümayəndələri, ziyalılar, sadə bakılılar M.Maqomayevin qəbrini ziyarət edəcəklər.
Azərbaycanda yubileyə həsr olunan tədbirlər artıq bir neçə gün ərzində keçirilir. Bu yaxınlarda Qəbələdə IV Beynəlxalq musiqi festivalı çərçivəsində dahi müğənninin 70 illiyinə həsr olunan konsertdə M.Maqomayevin həyat yoldaşı, SSRİ xalq artisti, məşhur opera müğənisi Tamara Sinyavskaya iştirak edib.
Şənbə günü Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında gənc vokalçıların ifasında M.Maqomayevin mahnılarından ibarət konsert keçiriləcək.
Yubiley tədbirlərini yalnız Azərbaycanın musiqi ictimaiyyəti keçirmir. RİTN tanınmış müğənniyə həsr olunan marka buraxıb, Bakı şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin saytında Müslüm Maqomayevin anadan olmasının 70 illiyinə həsr olunan məqalə və şəkillər yerləşdirilib.
MDB dövlətlərində də yubiley tədbirləri keçiriləcək. Xüsusilə, oktyabrın 20-21-də Moskvada, “Kroсus Сity Hall” səhnəsində Müslüm Maqomayev adına II Beynəlxalq vokalçılar müsabiqəsi keçiriləcək. Rusiyanın mərkəzi kanallarında müğənniyə həsr olunan filmlər göstəriləcək. Avqustun 30-da Mariupol şəhərində “Molodyojnıy” Mədənəyyət Sarayında “Dünya istedadları” fondunun təşkil etdiyi üç baritonun beynəlxalq qala-konserti keçiriləcək.
Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. Atası - Məhəmməd Maqomayev, teatr rəssamı, Qələbədən doqquz gün öncə cəbhədə həlak olub, anası – Ayşət Mqomayeva (səhnə təxəllüsü - Kinjalova), dram aktrisası, Stalin stipendiyaçısı olub. Babası – (Əbdül-)Müslüm Maqomayev, Azərbaycan Dövlət Filarmoniyasına adi verilən bəstəkar, Azərbaycan klassik musiqisinin banisi iolub.
M.Maqomayev 1956-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi məktəbinə qəbul olur, Aleksandr Akimoviç Milanovun və onun uzun illər ərzində konsertmeystrei olan Tamara İsidorovna Kretinqenin (1960-cı ilə qədər) tələbəsi olub.
Onun ilk çıxışı Bakıda, dənizçilər klubunda olub. On beş yaşlı Müslüm Maqomayev bura ailəsindən gizli gəlib. Ailədə Müslümün səsini itirmək riski ilə əlaqədar erkən çıxışlarına qarşı olublar. Lakin, Müslüm səsinin artıq formalaşdığını və onu itirməyəcəyini qərara alıb.
Yalnız 1968-ci ildə Şövkət Məmmədovanın vokal sinfi üzrə Bakı Konservatoriyasını bitirib.
M.Maqomayev 1962-ci ildə Azərbaycan inscəsənəti festivalının yekun konsertində çıxışından sonra ümumittifaq şöhrəti qazanıb. Onun ilk solo konserti 1963-cü il noyabrın 10-da Çaykovski adına konsert zalında keçirilib.
1963-cü ildə M.Maqomayev Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Müğənni estrada konsertlərində çıxışlarını davam edir.
1964–1965-ci illərdə o Milanın “La Skala” teatrında təcrübə keçib.
1969-cu ildə M.Maqomayev Sopot festivalında I mükafatı, Kannda “Qızıl val” mükafatını alıb.
1973-cü ildə 31 yaşında ona Azərbaycan SSR xalq artisti və SSRİ xalq artisti adları verilir. O tarixdə ən gənc SSRİ xalq artisti olub. Maqomayev 1975-dən 1989-cu ilədək yaratdığı Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərlərində çıxışları olub.
Maqomayevin konsert repertuarında 600-dən artıq əsər olub (rus romansları, estrada və neapolitan mahnıları); “Nizami”, “Oxuyur Müslüm Maqomayev” və “Moskva notlarda” filmlərində çəkilib. Müslüm Maqomayev 20-dən artıq filmin, filmlərə və teatr tamaşalarıpna musiqi müəllifidir. O həmçinin dünya opera və estrada səhnəsinin ulduzları, o cümlədən, amerikalı müğənni Mario Lantsın həyat və yaradıcılığa həsr olunan silsilə televiziya verilişlərinin müəllifi və aparıcısı olub. Maqomayev M.Lants barədə kitab da yazıb.
1997-ci ildə astronomlara 1974 SP1 kodu altında tanış olan Günəş sisteminin kiçik planetlərdən biri 4980 Magomaev adı altında müğənninin şərəfinə adlandırırb.
1998-ci ildə Müslüm Maqomayev yaradıcılıq fəaliyyətini dayandırmaq qərarına gəlib. Ömrünün son illərini o konsert çıxışlarından imtina edərək Moskvada yaşayıb.
Maqomayevin son mahnılarından biri 2007-ci ilin mart ayında yazılan Serqey Yeseninin sözlərinə yazılan “Xudahafiz, Bakı” mahnısı olub.
Müslüm Maqomayev 2008-ci il oktyabrın 25-də 66 yaşında Moskvada vəfat edib.
M.M. Maqomayev Azərbaycan SSR əməkdar artisti (1964), “Qırmızı Əmək Bayrağı” Ordeni (1971), Azərbaycan SSR xalq artisti (1971), SSRİ xalq artisti (1973), “Xalqlar Dostluğu” Ordeni (1980), “Şöhrət” Ordeni (1997), “İstiqlal” Ordeni (2002), “Polşa mədəniyyəti qarşısında xidmətlərinə görə” fəxri nişan, III dərəcəli “Şaxtaçı şöhrəti” döş nişanı mükafatlarına layiq görülüb. 2004-cü ildə M.V. Lomonosov adına RF təhlükəsizlik, müdafiə və hüquq qaydaları problemləri ordeni ilə təltif edilib. 20065-ci ildə Rusiya mədəniyyətinin inkişafına verdiyi fərdi töhfəyə görə Dahi Pyotr adına Milli mükafata layiq görülüb. Rusiya mədəniyyətinin inkişafında mühüm nailiyyətlərə görə təqdim edilən “Danko ürəyi” Ordenin kavaleridir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət