İranda həbsdə olan gənc azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə barəsində hökm sentyabrda çıxarılacaq. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev cümə axşamı keçirdiyi brifinqdə bildirib.
“Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun əməkdaşları dünən şairlərimizin işi üzrə hakimlə görüşüblər. O deyib ki, proses başa çatmaq üzrədir və hökm 15-20 gündən sonra çıxarılacaq”, - deyə E.Abdullayev qeyd edib.
Onun sözlərinə görə, şairlərin konkret hansı cinayət əməlində təqsirli bilinmələri barədə rəsmi məlumat yoxdur.
"Şairlərin vəkili yoxdur, çünki İran tərəfi hesab edir ki, buna ehtiyac yoxdur. Azərbaycanın Baş Konsulluğu hüquqi yardım göstərir", - E.Abdullayev bildirib.
Azərbaycan şairləri F. Hüseyn və Ş.Hacızadə may ayında İranda həbs ediliblər. Onlar poeziya festivalında iştirak etmək üçün Təbrizə gəlmişdilər. İran tərəfinin məlumatına görə, şairlər İsrailin xeyrinə casusluqda ittiham edilirlər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət