Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Xasavyurt şəhərindəki İmam Əli məscidində baş verən terror aktı ilə əlaqədar QMİ-nin Dərbənd üzrə səlahiyyətli nümayəndəsini Bakıya çağırıb.
QMİ-dən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, A.Paşazadə öz nümayəndəsi Şihabuddin Kərimova terror aktı nəticəsində həlak olan 17 yaşlı Azərbaycan vətəndaşı Elmin Cəfərovun ailəsinə maddi yardım etməsi barədə tapşırıq verib.
Bundan başqa, QMİ sədri Ş.Kərimova Xasavyurtda qeyd olunan terror aktı zamanı yaralanan və hazırda müalicə olunan yeddi azərbaycanlıya baş çəkmək və onlara maddi yardım ayırmağı tapşırıb.
QMİ-də o cümlədən məlumat verilib ki, A.Paşazadə QMİ-nin cənub bölgəsi üzrə qazisi Sədi Axundzadəyə Astara rayonunun Pensər kəndində olaraq həlak olan E.Cəfərovun yas mərasimində iştirak etmək və mərhumun ailə üzvlərinə QMİ sədrinin başsağlığını çatdırmağı tapşırıb.
Terror aktı avqustun 18-i Dağıstan Respublikasının Xasavyurt şəhərində törədilib. Nəticədə Azərbaycanın bir vətəndaşı ölüb, yeddi nəfər yaralanıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət