Azərbaycan Mərkəzi Bankı balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin (CASCO) sığortalanması üçün sığorta şirkətinin seçiminə tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dan məlumat verilib.
Bankın tender elanına əsasən, burada həmin sığorta növləri üzrə xidmətlərin göstərilməsinə dair lisenziyaya malik olan sığorta şirkətləri iştirak edə bilər.
Bundan başqa, tender iştirakçıları son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı, 2010-2011-ci illər, eyni zamanda 2012-ci ilin birinci rübü ərzində Maliyyə Hesabatlarını, tender təklifinin qiymətinin 1% məbləğində bank təminatını təqdim etməlidirlər. Bununla yanaşı, tenderdə iştirak edən sığorta şirkətlərinin kapitalı5 min manatdan az olmamalıdır.
Təkliflər aşağıdakı amillər əsasında qiymətləndiriləcəkdir: qiymət, təklif olunan xidmətlər paketi üzrə sığorta şərtləri, franşiza məbləği, təkrar sığortaçıların reytinqi.
Tender üzrə təkliflərin qəbulu oktyabrın 4-dək aparılır, tender təkliflərinin qiymətləndirilməsi oktyabrın 5-də keçiriləcək. Tenderdə iştirak üçün dövlət rüsumu 200 manat təşkil edir.
Tenderin şərtlərinə əsasən, vəsaitlərin, nağd pulun sığortalanması üzrə AMB-yə xidmətlər 2012-ci il oktyabrın 25-dən təqdim edilməlidir və 12 aya nəzərdə tutulur. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmət göstərilməsinə 25 yanvar 2013-cü ildən başlanılır. Xidmətin göstərilməsi müddəti 12 aydır.
Xəbər verildiyi kimi, hazırda “Azərbaycan-Sənaye Sığorta” AMB-nin əsas vəsaitləri və nağd pulunu, “Paşa Sığorta” isə bankın balansında olan avtomobilləri sığortalayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət