Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger 1-2 sentyabr tarixində Azərbaycana səfər edəcək. Bu barədə Aİ-nin Bakı nümayəndəliyindən məlumat verilib.
Səfər zamanı G.OttingerPrezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, sənaye və energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslərlə görüşlər keçirəcək. Azərbaycandan sonra komissar Türkmənistana gedəcək.
“Avropa İttifaqının komissarı Ottingerin Azərbaycana səfəri Cənub qaz dəhlizinin faktiki reallaşması yolunda daha bir addımdır. Bu Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu və Azərbaycan Prezidenti İ.Əliyev arasında 2011-ci ildə imzalanan Birgə Bəyannamədə nəzərdə tutulur”, - deyə məlumatda Aİ-nin Azərbaycandakı səfiri Rolan Kobianın sözlərindən sitat gətirilir.
Diplomatın sözlərinə görə, bəyannamənin imzalanmasından indiyədək Cənub qaz dəhlizinin reallaşmasında mühüm irəliləyiş əldə edilib. Buna Azərbaycan-Türkiyə arasında qaz üzrə razılaşma, TANAP layihəsi üzrə hökümətlərarası saziş və Azərbaycan qazının bilavasitə Aİ bazarlarına nəqli üzrə konkret layihələrin ilkin seçimi daxidlr. “Bütün bunlar dəhlizin uğurla reallaşmasına tərəfdar olduğunu izah edir. Mən inanıram ki, enerji sahəsində strateji əməkdaşlığımız daha da irəliyəcək”, - deyə R.Kobia bəyan edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət