Çeçenistan prezidenti Ramzan Kadırovun qərarı ilə Qroznı şəhərinin küçələrindən birinə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin adı veriləcək. QMİ-nin məlumatına görə, müvafiq qərarı R.Kadırov Çeçenistanın paytaxtı keçirilən Rusiya Federasiyasının Həcc Şurasının və Rusiya Həcc missiyasının yaradılmasının 10 illiyinə həsr olunmuş təntənəli iclasda elan edib.
R.Kadırov həmçinin A.Paşazadənin əvəzsiz xidmətlərinə görə onun “Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Hacı Kadırovun 60 illik yubileyi” şərəfinə təsis edilmiş medalla təltif olunması barədə fərmanı oxuyub.
Çeçenistanın rəhbəri qeyd edib ki, A.Paşazadənin mükafatlandırılması Qafqaz Şeyxinin region xalqları arasında dostluğun möhkəmlənməsində, terrorçuluq, radikalizim və separatçılığa qarşı prinsipial mövqeyinə görə çeçen xalqının minnətdarlığının ifadəsi olacaq.
R.Kadırov müsəlmanlar üçün İslamın beş sütunundan birinin – Məkkəyə səfərin icra edilməsinin böyük məna kəsb etdiyini qeyd edib. O bildirib ki. Azərbaycan, QMİ və onun sədri A.Paşazadə rusiyalı dindarların Həcc səfərləri zamanı ölkə ərazisindən keçidlərinə yaratdığı şəraiti yüksək qiymətləndirib.
A.Paşazadə öz tərəfindən dövlət rəhbərin İlham Əliyevin və Azərbaycan xalqının təbriklərinə iclas iştirakçılarına çardırıb. O prioritet məsələlər kimi İslamın ənənəvi dəyərlərinin fəal təbliğatını, gənclərlə daha ətraflı düşünülmüş işi, islan ali mktəbləri və mədrəsələrdə tədris prosesinin təkmilləşdirilməsini, ictimaiyyətin geniş təbəqələrinin, elm və yaradıcı ziyalıların nümayəndələrinin terrorizm və ekstremizmlə mübarizəyə cəlb edilməsini qeyd edib.
Şeyxülislam xalqlar arasında qarşılıqlı inamın möhkəmlənməsinin bir çox problemlərin, həmçinin Qarabağ münaqişəsinin həllinə təsir edəcəyinə ümid etdiyini bildirib.
Rusiya Federasiyası Prezident Administrasiyasının Departament rəisi İ.Barinov Rusiya dövlət başçısı Vladimir Putinin iclas iştirakçılarına ünvanlanan təbrik məktubunu oxuyub.
Rusiya Federal Məclisinin Federal Şurasının sədrinin müavini, Rusiya Həcc məsələləri üzrə səlahiyyətlisi İlyas Umaxanov öz növbəsində qeyd edib ki, Rusiya Həcc missiyası müddətində 200 mindən çox dindar İslamın müqəddəs ziyarətini yerinə yetirib. Hər il 15 min zəvvar müqəddəs yerlərə Azərbaycan ərazisindən tranzit keçməklə səfər etmiş və hər dəfə də ölkə rəhbərliyinin, dini liderin və sadə vətəndaşların qayğı və diqqətlərini öz üzərilərində hiss ediblər. “Bütün bunları nəzərə alaraq və Rusiya müsəlmanları ruhani idarələri ilə davamiyyətli və konstruktiv əməkdaşlığa görə Federasiya Şurasının rəhbərliyi Zati-aliləri Şeyxülislamı Fəxri Fərmanla təltif etməyi qərara alıb”, - deyə İ.Umaxanov qeyd edib. Rusiya Federal Məclisinin Federal Şurasının sədrinin imzaladığı mükafat vərəqəsində bu qərarın “Rusiya müsəlmanları dini idarələrinin ardıcıl və konstruktiv qarşılıqlı əlaqələrinin təminatında böyük töhfəyə görə, rusiyalı dindarlar üçün Azərbaycan Respublikası ərazisindən keçidlərin yaradılmasına hər cür imkan yaradılmasına görə” qəbul edildiyi bildirilir.
QMİ-nin məlumatına əsasən, A.Paşazadə Mahaçqalaya gələrək Dağıstan prezidenti Maqomedsalam Maqomedovla görüşüb. Şeyxülislam Azərbaycan Prezidenti İlham Əliyevin görkəmli ilahiyyatçı Səid Əfəndi Çirkeyskinin faciəvi qətlilə bağlı respublika rəhbərliyinə ünvanladığı başsağlığını çatdırıb.
A.Paşazadə qeyd edib ki, mərhumu şəxsən tanıyırdı, ona təkcə Dağıstanda deyil, Azərbaycanda da dindarlar arasında böyük ehtiram var idi. O, terrorçuların Səid Əfəndini qətlə yetirməklə məqsədlərinə çatmayacaqlarına, ruhaninin işini onun çoxsaylı müridləri tərəfindən davam etmələrinə ümidvar olduğunu söyləyib.
M.Maqomedov öz tərəfindən QMİ sədrinə təşəkkürünü bildirib və qeyd edib ki, Dağıstan xalqları çətin anlarda həmişə Azərbaycan xalqının, onun prezidentinin və dini liderinin dəstəyini hiss ediblər.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət