Strateji tərəfdaşlar olar Azərbaycan və Ukrayna arasında münasibətlər yüksələn xəttlə inkişaf edir. Bu barədə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko ilə görüş zamanı bəyan edib.
“Ölkələr arasında mədəniyyət, turizm, iqtisadiyyat, ticarət və energetika sahəsində əlaqələr yaxşı səviyyədədir”, - deyə V.Talıbov qeyd edib. Onun sözlərinə görə, ötən il Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin həcmi $1,5 mlrd.-a çatıb. V.Talıbov vurğulayıb ki, cari ilin altı ayı ərzində Naxçıvan MR və Ukrayna arasında ticarət dövriyyəsinin həcmi $1 mln. təşkil edib. Qeyd olunub ki, iqtisadi-ticari əlaqələrin gələcəkdə genişlənməsi üçün yüksək potensial mövcuddur.
Görüşdə vurğulanıb ki, 2010-cu ildən etibarən Ukraynanın İrpen şəhərində Zərifə Əliyeva küçəsində yerləşən 12 saylı dilşünaslıq məktəbi və Naxçıvan MR Kəmgərli rayonunda Zərifə Əliyeva adına Şaxtaxtlı kənd tam orta məktəb arasında dostluq əlaqələri və əməkdaşlıq qurulub. Qeyd olunub ki, ali məktəblər səviyyəsində bu cür əlaqələrin inkişafı üçün perspektivlər mövcuddur.
Ukraynalı diplomat öz növbəsində qeyd edib ki, Azərbaycan-Ukrayna əlaqələri bütün sahələrdə ciddi irəliləyişlərlə müşahidə olunur. Onun sözlərinə görə, Azərbaycanın hərtərəfli inkişafı Naxçıvan MR misalında daha aydın görünür. A.Mişenko vurğulayıb ki, Naxçıvan MR-nın sosial-iqtisadi inkişafı, sənaye və turizm potensialı Ukrayna ilə müxtəlif sahələrdə əlaqələrin genişlənməsinə imkan yaradır.
Görüşdə əlaqələrin hazırki vəziyyəti və onların inkişaf perspektiləri məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Ukraynanın səfiri Naxçıvan MR-ya səfər çərçivəsində Naxçıvan Dövlət Universitetində olub, universitet şəhərciyi, ali məktəbin tədris korpusları ilə ilə tanış olub.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət