Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Taleb Rifai İpək yolu ölkələri arasında viza rejiminin sadələşdirilməsinə dair İran İslam Respublikasının vitse-prezidenti, İran Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvinin təşəbbüsünü yüksək qiymətləndirir.
“İranın vitse-prezidentinin bir gün öncə İpək yoluna dair etdiyi bütün təkliflər məntiqi və praktiki cəhətdən inandırıcıdır”, - deyə T.Rifai Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə “İpək yolu tamı: Kulinariya, Mədəniyyət və Turizm” adlı beynəlxalq konfransın yekunlarına həsr olunan birgə mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, İpək yolu ölkələri arasında viza rejiminin sadələşdirilməsi bu istiqamətdə büroktariyanın ləğv eilməsi və mövcud əngəllərin aradan qaldırılmasına imkan yaratmaq üçün vacib məsələdir.
“Bu yaxınlarda aparıcı dünya “iyirmilik” ölkələri turizm sahəsində əməkdaşlığın inkişafı, həmçinin dövlətlər arasında viza rejiminin sadələşdirilməsi prosesi barədə maddəni mühüm məsələlər gündəliyinə daxil ediblər. Biz ölkələrdən qanunvericilikləri və maraqlarına zidd getməyi tələb etmirik. Biz yalnız turizmin inkişafına maneə törədən büroktariya əngəllərinin azalmasına çalışırıq”, - deyə baş katib bildirib.
T.Rifai həmçinin qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə cümə axşamı keçirilən görüş zamanı o İranın vitse-prezidentinin təklifi barədə müsbət rəy bildirib.
“Cənab Əliyev görüşdə bəyan edib ki, Azərbaycan beynəlxalq əməkdaşlığın inkişafı üçün prosesləri asanlaşdırmaq və necə düzgün hərəkət etmək lazımdır məsələsində digər ölkələr üçün nümunəyə çevrilir. Yaponiya və Çindən başlayaraq, İspaniya və Portuqaliyaya qədər İpək yolunun bütün ölkələri dövlətlərarası əlaqənin sadələşdirilməsinə can atmalıdır. Bu çox ağıllı və məntiqli təklifdir”, - deyə ÜTT-nin baş katibi vurğulayıb.
Onun sözlərinə görə, Bakı bu beynəlxalq konfransın keçirilməsi üçün təsadüfən seçilməyib. “Azərbaycan – turizm sahəsində böyüyən ulduzdur. Ölkənin turizm sahəsinin inkişafı və ona prioritet istiqamət vermək üçün güclü siyasi iradəsi mövcuddur”, - deyə T.Rifai qeyd edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət