Bakıda orta əsrlərdə yaşamış böyük Azərbaycan şairi, filosov və mütəfəkkiri Nizami Gəncəvinin yubileyi qeyd ediləcək. Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinə Heydər Əliyev adına Sarayın mətbuat ximətindən məlumat verilib.
Agentliyin müsahibinin sözlərinə görə, oktyabrın 1-də dahi Nizaminin 870 nillik yubileyi ilə əlaqədar H.Əliyev adına Sarayda möhtəşəm tədbir keçiriləcək.
Girişə yalnız xüsusi dəvət ilə icazə veriləcək .
Nizami Gəncəvi - Əbu Məhəmməd İlyas ibn Yusif XII əsrdə yaşayıb yardıb. Orta əsrlər Şərqinin ən böyük şairlərindən olaraq o ənənvi xalq yaradıcılığı və tarixi əlyazma mövzularından istifadə edərək epik poeziyaya danışıq nitqini və realistik üslub gətirib.
Onun yaradıcılığı bir çox böyük şairlərin yaradıcılığına təsir göstərib. Şarin ən tanınmış əsərləri “Xəmsə”də (Beşlik) toplanmış poemalarıdır. Bu poemalarda şair müxtəlif elm sahələrindən rəngarəng mövzuları açır və arşdırır. Onun əsərlərinin qəhrəmanları Xosrov və Şirin, Leyli və Məcnun, İskəndər (Aleksandr Makedonski-İF-Az) bu günədək bütün dünyada məşhurdurlar.
UNESCO 1991-ci ili şairin 850 ilik yubileyi şərəfinə Nizami ili elan edib , Vaşinqton, Los-Ancels, London, Təbriz və dünyanın digər şəhərlərində beynəlxalq tədbirlər keçirilib. Bakı, Gəncə və Azərbaycanın başqa şəhərlərində Nizaminin abidələri qoyulub, institut, muzey, küçə və rayonlara onun adı verilib.
Həmçinin, Rusiyanın Çeboksarı,Sankt -Petrburq və Moskva şəhərlərində, Özbəkistanın paytaxtı Daşkənddə, İtaliyanın paytaxtı Romada Nizaminin xatirəsinə abidə qoyulub. Merkuri planetində bir krater Nizaminin adını daşıyır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət