Azərbaycan Rəssamlar İttifaqı 2013-cü ilin sentyabrında Bakıda “Xəzər” biennalisini təşkil edəcək.
“Gələn ilin sentyabr ayında Bakıda II “Xəzər” biennalisi keçiriləcək. Tədbirdə öz sənətini nümayiş etdirmək istəyən Xəzəryanı və digər ölkələrdən olan sənətkarlar iştirak edəcəklər”,- deyə Rəssamlar İttifaqınıln sədri Fərhad Xəlilov bazar ertəsi “İntertfaks -Azərbaycan” agentliyinin mətbuat mərkəzində keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Bakıda ilk biennali 1989-cu ildə baş tutub. İkinci biennali 1991-ci ilə planlaşdırılsa da həmin vaxt ölkədə baş verən hadisələr nəzərə alınaraq tədbir keçirilməyib.
“Biz indi və Bakıda ikinci biennali keçirməklə bu ənənəni yenidən bərpa etmək istəyirik”,- deyə F.Xəlilov bildirib.
O həmçinin, söyləyib ki, bazar ertəsi işçi qrupun təşkilatçıları ilə görüş keçirilib.Görüşdə biennalinin təşkilati məsələləri müzakirə edilib.
“Biz istəyirik ki, bu biennalı bütün dünyda keçirilənlərdən nə iləsə fərqlənsin.Buna görə biz istərdik sözügedən tədbir çərçivəsində canlı proqram təşkil etmək istərdik.Burada əsərlər biennali iştirakçılarının gözü önündə yaranacaq”,- deyə o bildirib.
“ Həmçinin, bizim planlarımıza Xəzərdə dəniz səyahəti təşkili də daxildir, Səyahət gəmisində biennali iştirakçılarının seçilmiş əsərləri nümayiş etdiriləcək.Bu bizim ən böyük arzumuzdur.Belə bahalı layihəni həyata keçirmək əlbəttə asan olmayacaq, lakin düşünürəm ki, biz bunu bu dəfə gerçəklədirə bilməsək də gələn dəfə mütləq edəcəyik”,- deyə o bildirib.
Tədbirdə iştirak edən britaniyalı sənətşünas Nadim Saman qeyd edib ki, “Xəzər”biennalisi yalnız ölkəyə turistləri cəlb edəcək bir tədbir deyil, bu həm də incəsənət və mədəniyyət xadimləri üçün təcrübə mübadiləsi və tədris baxımından əlamətdar hadisə olacaq.
“ Azərbaycanın zəngin mədəniyyəti var, azərbaycanlı sənətkarınların fərqi təbiətə yaxın olan işıqlı rənglərədən istifadə etmələrindədir”,- deyə italiyalı sənətşünas Klara Pamfili Tosi söyləyib.
N.Saman azərbaycanlı rəssaamların sənəti barədə öz təəssürütlarını bölüşərək qeyd edib ki, Azərbaycan incəsənətində müxtəlif dövrlərin- Sovet , postsovet , eləcə də müasir dövrlərin ahəngi xüsusilə dəyərlidir.
Biennalinin keçirilməsindən başqa, Rəssamlar İttifaqı xüsusi “İncəsənət” jurnalının ilk nömrəsini buraxıb.
“ Hələ ki, biz ildə jurnalın dörd nömrəsini buraxmağı planlaşdırırıq. Lakin ehtiyac və çap üçün lazımı qədər material olarsa, jurnal daha tez –tez işıq üzü görəcək”.- deyə F.Xəlilov bildirib.
Onun sözlərinə görə, jurnal internetdə və beynəlxalq səviyyədə təqdim olunacaq.
F.Xəlilov bildirib ki, jurnal Azərbaycan Rəssaqmlar İttifaqının hesabına və dövlətin maliyyə dəstəyi ilə buraxılacaq.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət