Bu il Azərbaycan Turizm İnstitutuna 400-dən çox tələbə qəbul olunub. Ali məktəbin rektoru Cəfər Cəfərov “İnterfaks -Azərbaycan” agentliyinə belə söyləyib.
“Ali məktəbin 2012-2013-cü illər üçün nəzərdə tutulmuş 10 ixtisas üzrə 386 plan yeri dolub. Bununla yanaşı, ən çox turizm və otel işi ixtisasları seçilib”,- deyə rektor bildirib
Onun sözlərinə görə, əvvəlcə 336 plan yeri nəzərdə tutulsa da, Nazirlər Kabinetinin qərarına əsasən, həmçinin bazarın tələbatına uyğun olaraq yerlərin sayı 386-ya çatdırılıb .
“Yeni qaydalara əsasən, bir sıra ixtisaslara qəbul edilən abituriyentlər özləri təhsil formalarını seçə bilərdilər və beləliklə yalnız beş nəfərin qiyabi təhsil formasını seçməsi bizi təəccübləndirdi .Qiyabi şöbədə təhsil alan tələbələrin sayının azlığını nəzərə alaraq bu beş nəfərin də əyani təhsil almasına qərar verdik,- deyə C.Cəfərov əlavə edib.
O həmçinin, qeyd edib ki, Turizm İnstitutunda təhsil hüququ qazanmış 386 abituriyendən 251-i dövlər sifarişi ilə, 135-i ödənişli əsaslarla təhsil alacaq. Bunlardan 329 nəfər Azərbaycan, 57 nəfər rus bölməsinin məzunlarıdır.
“Qəbul imtahanlarının nəticələrinə əsasən, abituriyentlərin böyük əksəriyyəti 400-dən, ikisi 600-dən yuxarı, beşi 250-dən az bal toplayıb”,- deyə o bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət