Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dərəkənd kəndində avtomobil yolu, tam orta məktəb binası, kənd mərkəzi, iki əlil ailəsi üçün fərdi yaşayı evi istifadəyə verilib.Yeni sosial obyektlərinin açılış mərasimlərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iştirak edib.
“Bu gün Azərbaycanın bütün regionlarında quruculuq, abadlıq işləri aparılır. Ölkə iqtisadiyyatı sürətlə inkişaf edir. Təhsil, səhiyyə sahələrində də bu tədbirlər uğurla həyat keçirilir, yeni məktəb binaları tikilir, təhsilin səviyyəsi yüksəldilir”,- deyə V.Talıbov Dərəkənd kənd tam orta məktəbinin yeni binasının açılış mərasimində çıxışında bildirib.
Onun sözlərinə görə, yeni məktəb binası bütün müasir tələblərə cavab verir. Ali Məclisin sədri qeyd edib ki, bu məktəbin məzunlarının göstəriciləri qənaətbəxşdir, belə ki məktəbi bitirən məzunlardan 4 nəfər ali məktəblərə, bir nəfər pedoqoji kollecə, bir nəfər H.Əliyev adına hərbi liseyə daxil olub.
V.Talıbov məktəb kollektivini əldə etdikləri uğurlara görə təbrik edərək qeyd edib ki, məktəbin yeni, müasir binasındakı şərait bu uğurları çoxaltmağa imkan verəcək.216 yerlik məktəb binası uzun müddət bir növbəli dərs sisteminə və intellektual gənclər yetişdirməyə imkan verəcək”,- deyə o bildirib.
Məktəbin yeni, iki mərtəbəli binasında 120 şagirdin təlim tərbiyəsi ilə 24 müəllim məşğul olur.Məktəbin hər cür lazımi avadanlıqla təchiz edilmiş 12 sinif otağı, laboratoriyaları, internetə qoşulmuş 20 kompüterə malik kompüter otağı, idman zalı, zəngin kitabxanası var.
İki mərtəbədən ibarət olan kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, 176 nömrəlik ATS və rabitə evi,poçt, polis və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, kənd mədəniyyət evi və 64 yerlik zal yerləşir. Mərkəzdəki iş otaqları mebel dəstləri və avadanlıqla təchiz olunmuşdur.
Uzunluğu 2,5 kilometr olan yeni asfalt çəkilmiş kənd yolu nəqliyyat vasitələri və piyadaların təhlükəsiz hərəkətini təmin edir.
Hərbi xidmət zamanı sağlamlığını itirmiş ki əlil ailəsi üçün tikilmiş yaşayış evlərində hər cür kommunal şərait yaradılıb, mebel və digət məişət əşyaları ilə təchiz edilib.
Xidmət mərkəzində bərbərxana, qadın salonu, ət ,ərzaq, sənaye malları dükanları fəaliyyət göstərir.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət