ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanı Qarabağ nizamlanmasında əlavə çətinliklər yaratmaqda qınayaraq özlərinin nəticəsiz fəaliyyətlərinə haqq qazandırmaq istəyirlər. Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov belə hesab edir.
“Bəlkə də həmsədrlər bu vəziyyətdən sui-istifadə edirlər. Çünki həm Ermənistan, həm ATƏT-in Minsk Qrupunun həmsədrləri “Ramil Səfərov məsələsi”ni çox mənfi dəyərləndiriblər. Həmsədrlər yaydıqları bəyanatda belə bir ifadə işlədiblər ki, bu məsələdən sonra münaqişənin sülh yolu ilə nizamlanması prosesi çətinləşəcək”, - deyə A.Əzimov cümə günü jutnalistlərə azərbaycanlı zabit Ramil Səfərovun ekstradisiyası və əfv olunması ətrafında yaranan vəziyyəti şərh edərək bildirib.
Nazir müavini hesab edir ki, yalnız Ermənistan tərəfi deyil, həm də ATƏT-in Minsk Qrupunun həmsədrləri azərbaycanlı zabitin azadlığa buraxılması ətrafında vəziyyəti öz maraqlarına uyğun istifadə edirlər.
“Bu prosesdə “Ramil Səfərov məsələsi”ndən əvvəl də heç bir inkişaf olmayıb və ermənilər həmişə danışıqlar prosesində mənfi mövqe tutublar. Həmsədrlər isə yalnız vaxt qazanıblar, ora gedib, bura gəliblər, amma, sözün düzü ciddi iş aparmayıblar”, - deyə A.Əzimov vurğulayıb.
Diplomat məlumat verib ki, xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 67-ci sessiyası çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüş keçirəcək. Onun sözlərinə görə, Yorkda BMT-nin Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşü mümkündür, “lakin hələlik bu təsdiq edilməyib”.
Baş leytenant Ramil Səfərov 2004-cü ildə Macarıstanda NATO qoşunları tərkibində hərbi təlimlər zamanı Azərbaycan bayrağını təhqir etmiş erməni zabiti Qurgen Markaryanı öldürüb. R,Səfərov Budapeşt məhkəməsi tərəfindən ilk 30 il müddətində əfv olunmaq hüququ olmadan ömürlük həbs cəzasına məhkum edilib.
Avqustun 31-də Macarıstan R.Səfərovu Azərbaycana ekstradisiya edib, həmin gün o Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əfv olunub.
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Bank Respublika”dan SƏPSƏRİN kredit şərtləri!
Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət