Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov Ordubad rayonunun düşmənlə təmas xəttində yerləşən Soyuq döyüş bölgəsində birinci eşalon bölmələrində olub, xidmətin təşkili və şəxsi heyətin sosial-məişət şəraiti ilə maraqlanıb.
“Ordu o zaman güclü olur ki, orduda yüksək nizam-intizam və döyüş əhval-ruhiyyəsi olsun. Burada hərbi nizamnamələrin tələblərinə uyğun olaraq, xidmət yüksək səviyyədə təşkil olunub”,- deyə V.Talıbov şəxsi heyət qarşısında çıxış edərkən bildirib.
O qeyd edib ki,yüksək dağlıq ərazidəki postlarda xidmət uğurla təşkil olunub.” Bu gün burada gördüklərimiz onu deməyə əsas verir ki, Soyuq döyüş bölgəsində xidməti şərait xeyli yüksəldilib, bölmələrin maddi-texniki təchizatı yüksək səviyyəyə çatdırılıb. Bütün bunlar ölkəmizin iqtisadi gücünün və ordu quruculuğuna göstərilən yüksək dövlət qayğısının nəticəsidir”,- deyə V.Talıbov qeyd edib.
“Bu gün yüksək döyüş qabiliyyətinə malik olan Azərbaycan Silahlı Qüvvələrinin Muxtar Respublikada yerləşən hissələri də öz xidməti vəzifələrini uğurla davam etdirərək üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Soyuq döyüş bölgəsində xidmət aparan bölmələrimiz də ərazilərimizi etibarlı şəkildə müdafiə edirlər”,-deyə o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində sülh danışıqları aparılır. “Münaqişənin sülh yolu ilə həlli isə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Sülh danışıqlarının davam etdirilməsi ilə bərabər, Azərbaycan Ordusu da gündən-günə güclənir, Silahlı Qüvvələrimizin şəxsi heyəti öz peşəkarlığını artırır. Güclü ordumuz işğal altındakı torpaqlarımızı azad etməyə hazırdır. Ölkəmizdə güclü Ordunun yaradılması isə sülh danışıqlarının Azərbaycanın ərazi bütövlüyü çərçivəsində aparılması baxımından xüsusi əhəmiyyət kəsb edir”, - deyə Ali Məclisin sədri əlavə edib.
Naxçıvan MR-in rəhbəri tabor mərkəzi və hərbi kazarma ilə tanış olub.
O həmçinin, döyüş postlarında və dayaq məntəqələri ilə maraqlanıb. Qeyd olunub ki, muxtar respublikanın düşmənlə təmas xəttində yerləşən strateji əhəmiyyətli bütün yüksəkliklərdə etibarlı müdafiə sistemi formalaşdırılıb. Bu yüksəkliklərdə peşəkar və yüksək döyüş hazırlığına malik olan əsgər və zabitlərimiz üçün nümunəvi xidmət şəraiti yaradılıb.Təmas xəttində yerləşən dayaq nöqtələri müasir texnika. cihaz və sursatlarla təmin olunub.
Ali Məclisin sədri komanda müşahidə məntəqəsində mövqelərimizin vəziyyəti, mövcud topoqrafik və taktiki şəraitlə tanış olub.Qeyd edilib ki, ön xəttdə mühəndis-istekam qurğuları əhəmiyyətli dərəcədə gücləndirilib, rayonun etibarlı müdafiəsi üçün digər tədbirlər həyata keçirilib.
Naxçıvan MR-in rəhbəri xidmətdə fərqlənən əsgər və zabitlərə qiymətli həddiyələr təqdim edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət