Azərbaycan xalqı tarixən yalnız xarici elmi nailiyyətlərin istifadəçisi olmayıb, həmçinin özü dünyaya görkəmli alimlər bəxş edib. Çərşənbə axşamı Oğuzda “Dövlət- din münasibətləri və maarifləndirmə” mövzusunda keçirilən seminarda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin rəhbəri Elçin Əsgərov belə bəyan edib.
“Bunlara nümunə olaraq ilk rəsədxana müəllifi, elmin bir çox sahələri üzrə alim, elxanilər sülaləsinin islama gəlməsinə təsir etmiş Nəsrəddin Tusi, Aristotelin nəzəriyyəsini inkişaf etdirmiş Bəhmənyar, Şimali Qafqaza və Anadolunun bir hissəsinə yayılmış sufilik cərəyanlarının əsaslarını qoymuş böyük şeyxləri göstərmək olar”,- deyə E.Əsgərov qeyd edib. Bu barədə “İnterfaks- Azərbaycan” agentliyiniun müxbiri məlumat verir.
Onun sözlərinə görə, Azərbaycan dindarı qarşısında duran vəzifə öz dini ənənələrini öyrənmək və bərpa etmək, zərərli xarici təsirləri rədd etməkdən ibarətdir.
Bakı İslam Universitetinin Zaqatala filialının müəllimi Əhməd Niyazov məruzəsində Azərbaycan sufiliyinin yaranması, tarixi və geneologiyası haqqında söz açıb, bu cərəyanın ümumilikdə Qafqaz regionunun mənəvi inkişafındakı rolunu vurğulayıb, onun formalaşmasında İmam Cəfər Sadiqin müstəsna xidmətlərini qeyd edib. O, Şimali Qafqazda müridilik hərəkatı haqqında faktları da toplaşanların diqqətinə çatdırıb.
Ə.Niyazovun sözlərinə görə, tarixin bütün mərhələlərində Azərbaycan din sahəsində yaranan tələbatını daxili resurslar müqabilində nəinki tamamilə təmin edib, hətta digər ölkələrdə ictimai fikirin və dini ənənələrin formalaşmasına, təsisatların qurulmasına töhfələr verib.
Məruzəçi eyni zamanda təəssüflə qeyd edib ki, hazırda bu proses əksinə inkişaf edir.
“Şimali Qafqazda radikal əhval - ruhiyyə Azərbaycana yol tapır, bu anti-islam ideyaların davamçıları müəyyən dairələrin dəstəyindən istifadə edirlər”,- deyən Ə.Niyazov u kimi tendensiyaların qarşısının alınmasının zəruriliyini vurğulayıb.
Oğuzda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin birgə təşkilatçılığı ilə dini qurumların rəhbərləri, imam və axundlıar, eləcə də şimal qərb regionunun fəal möminləri üçün “ Dövlət - din münasibətləri:maarifləndirmə” mövzusunda keçirilən iki günlük seminar – treninq öz işini davam etdirir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət