Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin(DQİDK) sədri Elşad İskəndərov hesab edir ki,bu gün ölkəmizdə istər dini, istərsə də milli və irqi ayrı-seçkilik yoxdur. Bu barədə “ İnterfaks - Azərbaycan” agentliyinə DQİDK-dən məlumat verilib.
“Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərə mənsub olan insanlar arasında bir-birinə qarşı tolerant yanaşma mövcuddur. Dövlət Komitəsinin yerləşdiyi məkandan 1 km radiusa yerləşən və dövlət tərəfindən bərpa edilmiş məscidlər, kilsələr, o cümlədən Azərbaycan üçün yeni olan katolik icmasının kilsəsini və sinaqoqları ziyarət etsəniz dini icmalar arasında münasibətlərin tolerantlıqdan daha artıq qarşılıqlı hörmət səviyyəsində inkişafının şahidi olacaqsınız”, - deyə E.İskəndərov ATƏT-in fəaliyyətdə olan sədrinin dözümlülüyün təbliği üzrə şəxsi nümayəndələri səfir Adil Axmetov, hakim Ketrin Mak Ginnes və Ravin Endryu Beykerlə görüşdə bildirib.
ATƏT nümayəndələri dünya ölkələrində mövcud olan qeyri-tolerant yanaşmaların Azərbaycanda olmamasından məmnunluğunu ifadə ediblər. Bildirilib ki, Azərbaycanda olan tolerant mühit hazırda dünya ölkələrinin əksəriyyətində mövcud deyil. Bu isə Azərbaycanın dini, milli və irqi ayrı-seçkilik məsələlərinə nə dərəcədə həssas yanaşmasının nümunəsidir.
E.İskəndərov bu məsələyə münasibət bildirərək qeyd edib ki, Azərbaycanda olan tolerantlıq modeli digər dünya ölkələri üçün də örnək ola bilər.
Görüşdə həmçinin, ATƏT-lə birgə bu mövzuda həyata keçirilə biləcək konkret layihələr müzakirə olunub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət