Rusiya ilə balans yaratmaq məqsədilə ABŞ prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsinin təyin olunması vacibdir. Bu barədə Ceymstaun Fondunun nümayəndəsi Vladimir Sokor cümə günü “Regionda sülh və təhlükəsizliyin təminatında Azərbaycan-ABŞ əməkdaşlığının rolu” mövzusunda konfransda məlumat verib.
“Vaşinqton strateji tərəfdaş olan Azərbaycan yalnız istehlakçı nöqteyi-nəzərindən yanaşmamalı, həm də Bakının maraqlarını təmin etməli və Azərbaycan qarşısında duran problemlərin həllində kömək etməlidir”, - deyə o vurğulayıb.
V.Sokorun sözlərinə görə, Ağ ev indiyədək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişələrinin nizamlanmasına dair aydın mövqe nümayiş etdirməyib.
“ABŞ hər yerdə bütün dünyada etnik təmizləmə siyasəti və ərazi işğalına qarşı çıxşı edir. Bununla yanaşı, Azərbaycana aid olan məsələrdən yan keçir. Vaşinqton nəhayət Ermənistanın Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar “ərazilərin işğalı” və “etnik təmizləmə” terminlərini fəal istifadə etməlidir. Rusiya və Gürcüstan arasında, həmçinin Balkanlarda münaqişələrlə bağlı o həmibn terminləri istifadə edir”, - deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, İrəvanın işğalçı siyasəti nəticəsində bir milyona yaxın azərbaycanlı doğma yurdlarında qaçqın düşdüyü halda ABŞ Cənubi Qafqazda beynəlxalq hüququn qalib gəlməsi üçün minimum səy göstərib.
V.Sokorun sözlərinə görə, Dağlıq Qarabağ münaqişələrinin nizamlanması məsələsində Rusiyanın mövqeyindən ABŞ-ın mövqeyi geri qalır.
“Problemin sülh yolu və münaqişə tərəflərinin qarşılıqlı razılığı əsasında həllini tapması lazım olduğunu bəyan edərək ABŞ bu məsələyə dair dəqiq mövqeyini səsləndirməkdən çəkinir. Bu ATƏT-in Minsk qrupunun ABŞ və Fransanın həmin məsələdə əsas rol oynayan Rusiyanı qəzəbləndirmək istəmir”, - deyə Ceymstaun Fondunun aparıcı elmi əməkdaşı vurğulayıb.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu səmərəsiz təşkilatdır, “lakin biz onun buraxılmasını tələb edə bilmərik”.
“Əks təqdirdə bizim Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə qarşı çıxmağımız barədə təsəvvür yarana bilərş Bununla belə, biz bu problemin həllinə dair daha səmərəli təşkilatın yaradılmasına nail olmalıyıq. Rusiya ATƏT-in Minsk qrupunda üstün yer tutur. Fransa heç bir əqrar qəbul etmir. ATƏT-in Minsk Qrupunda balans yaratmaq üçün ABŞ prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsinin təyin olunması vacibdir”, - deyə V.Sokor vurğulayıb.
Ekspertin sözlərinə görə, Rusiya bu gün ATƏT-in Minsk Qrupunda ermənilərin Azərbaycan torpaqlarına iddialarının qarantı rolunda çıxış edir.
“ABŞ indiyədək bu məsələdə Rusiyaya müqavimət göstərmək üçün heç b ir addım atmayıb”, - deyə V.Sokor qeyd edib.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət