Gəncədə VII əsrə aid “İmamzadə” dini kompleksində tikinti-bərpa işləri davam edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Prezident İlham Əliyevin sərəncamı ilə 2 ildir ki, bu layihə 2,5 hektar ərazidə həyata keçirilir.
"Hazırda ziyarətgahın 28 metrə yaxın hündürlüyü olan bina ilə əhatələnməsi üçün qazma işləri yekunlaşdırılıb. Ziyarətgahda həmçinin, 3 mərtəbədən ibarət binanın tikintisi də yekunlaşmaq üzrədir ki, burada dəstamaz yerləri, yeməkxana, mehmanxana və qonaq otaqları, eləcə də “kompleksin işçiləri üçün iş otaqları, kitabxana, muzey yerləşəcək”, - deyə iş icraçısı Çingiz Qurbanəliyev bildirib.
Onun sözlərinə görə, kompleksdə mövcud olan tikililərin dam hissəsinə 5 böyük və 36 kiçik günbəz qoyulacaq və müasir tələblərə cavab verən qurbangahların tikintisi də aparılır.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət