Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar rəhbəri olduğu təşkilatın gənc yazıçılara istedadlarını reallaşdırmağa imkan verməməsi fikri ilə razılaşmır.
“Təşkilatımızda gənc yazıçıların məsələləri ilə məşğul olan gənclər şurası fəaliyyət göstərir. Bu səbəbdən Birliyin gənc yazıçılara kifayət qədər diqqət ayırmaması fikirlərini ədalətsiz hesab edirəm”, - deyə Anar çərşənbə günü “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində keçirilən mətbuat konfransında məlumat verib.
Yazıçılar Birliyinin üzvlərinin mənzil ilə təmin olunması məsələsinə toxunan yazıçı bildirib ki, heç bir dövlətdə, həmçinin keçmiş Sovet respubklikalarında yazıçılara mənzil və ya bağ sahələrinin verilməsi praktikası mövcud deyil. SSRİ zamanından bu ənənə yalnız Azərbaycandadır.
O təəssüflə bildirib ki, bəzi şəxslər bu məsələyə narazılıqlarını bildirirlər və mənfi məqamlar axtarırlar, “müsbət cəhətləri isə müşahidə etmirlər”.
“Mənzil almaq üçün 44 ərizə təqdim edilib. Onlardan 34-ü müsbət həllini tapıb. Bu az rəqəmdir? Qalan 10 nəfər isə, təbii ki, narazı qalıb”, - deyə o bildirib.
“Bəziləri hələ də Sovet dövrünün meyarları ilə yaşayır və anlamaq istəmirlər ki, həmin dövr çoxdan ötüb. Butün bunlara baxmayaraq, təşkilatımız fəaliyyət göstərir. MDB-nin bir sıra dövlətlərində Yazıçılar Birliyi çoxdan fəaliyyətini dayandırırb”, - deyə Anar bəyan edib.
O həmçinin qeyd edib ki, təşkilatda işləmək üçün hər bir şərait yaradılıb, bina əsaslı təmir edilib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət