Rusiya Elmlər Akademiyası Dinamiki Geosfer və Okeanologiya İnstitutunun baş elmi işçisi Boris Qolubov hesab edir ki, Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə “Tehran Konvensiyası”nın təkmilləşdirilməyə ehtiyacı var.
Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının 19-cu ildönümünə həsr olunan Bakı-Moskva-Astana videokörpüsü zamanı B.Qolubov qeyd edib ki, Xəzər dənizinin ekologiyasının mühafizəsi və onun bioloji ehtiyatlarının qorunması Konvensiyasının müddəalarının həyata keçirilməsində çətinlik Xəzər hövzəsində zəngin karbohidrogen ehtiyatlarının mövcudluğu ilə əlaqədardır.
“Bütün Xəzər regionunun karbohidrogen xammal ehtiyatları dünya iqtisadiyyatının cazibə qüvvəsinin mərkəzinə çevrilib. Burada neft-qaz sənayesinin ən güclü üçüncü ixrac dalğası inkişaf etdirilir. Ən kiçikdən başlayaraq çox iri transmilli neft hasilatı şirkətləri buraya “hücum” ediblər”, - deyə ekspert vurğulayıb.
B.Qolubovun fikrincə, bu cür maraq Xəzərin ekoloji sisteminin unikal biloji müxtəlifliyinə təhdiddir.
“Neft olan yerdə münaqişələr olur. Bir sıra kəskin və zəif közərən sosial-iqtisadi, siyasi, millətlərarası, dinlərarası və buna bənzər münaqişələr mövcuddur. Regionun hərbiləşdirilməsi güclənib. Xəzryanı dövlətlər arıq bhir neçə il ərzində bu dənizin statusu barədə razılığa gələ bilmirlər”, - deyə B.Qolubov qeyd edib.
O hesab edir ki, “Tehran Konvensiyası” “bir çox neft hasil edən mədənlərin fəaliyyətinin davamlı nəzarətini nəzərdə tutmur”. B.Qolubov həmçinin qeyd edib ki, Xəzər hövzəsi ölkələri digər su sahələrində fövqəladə vəziyyətlərin acınacaq təcrübəsini nəzərə almırlar. “Xəzərdə vəhşi və nəzarətsiz şəkildə dəniz neft hasilatının yayılmasının yeni güclü dalğası – regionda dövlətlərin strateji səhvidir. Hesab edirəm ki, “Xəzrədə həyat və ya neft” və ya “Xəzərdə həyat və neft mahiyyətinin anlayışı və kəskin dilemmada sahilyanı dövlətlərin siyasi birliyinə nail olmaq məqsədilə “Tehran Konvensiyası”nın yeni protokolunu təsdiq etmək lazımdır. Həmçinin yeraltı sərvətlərin vəziyyətinin birgə dövlətlərarası monitorinq sistemi yaratmaq lazımdır. Bu sistemə ilk növbədə peyk müşahidələri şəbəkəsi, sütun müşahidə şəbəkəsi və dəniz dibi stansiyalarının şəbəkəsi daxildir”, - deyə o qeyd edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət