ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Naxçıvan Muxtar Respublikasında olub.Bu barədə “İnterfaks - Azərbaycan” agentliyinin regional börosu məlumat verir.
Naxçıvan MR Ali Məclisin sədri Vasif Talıbov səfirlə görüşdə R.Morninqstarın ABŞ Azərbaycan əlaqələrinin inkişafında oynadığı rolu qeyd edərək, Bakı-Tbilisi -Ceyhan layihəsinin və digər vacib iqtisadi və enerji layihələrinin reallaşdırılmasında onun fəaliyyətini yüksək qiymətləndirib.O R.Morninqstarın gələcək diplomatik fəaliyyəti müddətində də ABŞ -Azərbaycan əlaqələrinin inkişaf etdirilməsində və möhkəmlənməsi yolunda xidmət göstərəcəyinə əmin olduğunu ifadə edib
Amerikalı diplomatın sözlərinə görə, onun Naxçıvan MR-ə səfərinin əsas məqsədi mövcud əlaqələrin genişləndirilməsi və inkişaf perspektivlərini müzakirə etməkdir.
Görüşdə mövcud əlaqələrin vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
ABŞ səfiri Naxçıvana iki günlük səfəri çərçivəsində bir sıra səhiyyə müəssisələrində, Naxçıvan Dövlət Universitetində(NDU) olub, Naxçıvanın görməli yerlərini gəzib.
“Bu mənim Naxçıvan ilk səfərimdir.Naxçıvana səfər məndə xoş təəssürtalar yaratdı”,- deyə R.Morninqstar jurnalistlərə bildirib.
“Biz Azərbaycandakı ABŞ səfirliyi və Naxçıvan arasında əməkdaşlığı, xüsusən də səhiyyə və təhsil sahəsində əlaqələri genişləndirmək və möhkəmləndirmək istəyirik”.- deyə o qeyd edib
Diplomatın sözlərinə görə, NDU-da görüş zamanı məsafədən təhsil, Bakıdakı Amerika Təhsil Mərkəzi ilə videokonfransların keçirilməsi , NDU-da fəaliyyət göstərən Enest Hemenquey Mərkəzinə görkəmli ədibin yaradıcılığını araşdırmaq üçün amerikalı alim və mütəxəsssislərin dəvət edilməsi məsələləri müzakirə edilib.
Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli məsələsinə toxunan səfir bu prosesdə irəliləyişlərin olacağına ümid etdiyini bildirib. “Çox ümid edirəm ki, mənim Azərbaycanda fəaliyyət göstərdiyim müddətdə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində irəliləyişlər olacaq. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri və Azərbaycan Hökumətinin nümayəndələri yeni yanaşmalar və təşəbbüslər irəl sürmək üçün birgə hərəkət edəcək və ümid edirəm ki, yaxın aylarda “dalana dirənmiş” danışıqlar prosesini hərəkətə gətirmək və irəliləyiş əldə etmək üçün müəyyən addımlar atılacaq”,- deyə diplomat qeyd edib.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət