Payız-qış mövsümündə Daşkəsəndə əhalinin qaz, su və elektrik enerjisi ilə təminatında problem gözlənilmir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Hazırda Daşkəsən rayonunda 49 yaşayış məntəqəsindən 5-i mavi yanacaqla təmin olunub. 2727 abonentə xidmət göstərən Daşkəsən Qaz İstismarı Sahəsi payıq-qış mövsümünə hazırlığı davam etdirir.
“Xoşbulaq kəndinin magistral xəttində işlər yekunlaşdıqdan sonra Təzəkənd, Qabaqtəpə və Əmirvar istiqamətində, eləcə də Zağalı, Dərəzağalı Qaraqollar, Qazaxyolçular istiqamətində qaz xətlərinin çəkilişi davam etdiriləcək”, – deyə Daşkəsən Qaz İstismarı Sahəsinin baş mühəndisi Təbriz Məmmədov bildirib.
Bundan başqa, rayonun əsas su mənbəyi sayılan Gürbulaq su nasos stansiyasında və magistral su xətlərində təmir işləri aparılıb.
“Gürbulaq su sahəsində 2 ədəd SNS tipli su nasosu, 2 ədəd mühərrik işlək vəziyyətdədir. Abonentləri su ilə təmin etmək iqtidarındayıq”, – deyə Daşkəsən Su-Kanal İdarəsinin rəisi Pənah Əhmədov qeyd edib.
Qış mövsümünə hazırlıq məqsədilə 57 işlək transformatorda sazlama işləri aparılıb, rayon ərazisində 100-dən artıq köhnəlmiş dayaq yeniləri ilə əvəzlənib, daşıyıcı xətlərdə təmir işləri aparılıb.
“Biz 100% qış mövsümünə hazırıq”, – deyə Daşkəsən rayon Elektrik Şəbəkəsinin rəisi Nüsrət Mürsəlov bildirib.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət