Azərbaycan keçmiş SSRİ ölkələrinin dünyanın ən uca zirvəsi olan Everesti fəth etmiş alpinistlərinin qurultayında iştirak edəcək. Noyabr ayının 8-də Moskvada keçiriləcək tədbirə 60-dan çox alpinist qatılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Alpinizm Federasiyasından məlumat verilib.
Tədbir təşkilatçıları MDB ölkələrinin Alpinizm federasiyaları arasında yalnız nümayəndələri planetin ən yüksək zirvəsinə qalxmış federasiyalara dəvətnamə göndərib.
Qurultayda Azərbaycan, Belarus, Ukrayna, Rusiya, Latviya, Gürcüstan, Litva, Moldova, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın alpinistləri iştirak edəcəklər.
Beynəlxalq görüşün proqramına dağadırmanma haqqında kino və videoxronika, “1907-1953-cü illərdə Everestin fəth olunma tarixi” adlı slayd-şou, foto-sərgi, İdman Muzeyindən unikal eksponatların nümayişi, “Everest Fatehi” nişanının təqdim olunması daxildir.
Qurultayda ölkəmizi Azərbaycan Alpinizm Federasiyasının prezidenti, bugünkü gündə Everesti fəth etmiş yeganə azərbaycanlı İsrafil Aşurlı təmsil edəcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət